Rusiya prezidenti Vladimir Putin NATO-nun SSRİ-ni aldatdığını və alyansın “bir santimetr də olsun” genişlənməyəcəyinə dair Mixail Qorbaçova verdiyi vədi pozduğunu dəfələrlə dey
ib.

 Putin Krımın Rusiya tərəfindən ilhaqını da NATO-nun onun ölkəsinin sərhədlərinə doğru yaxınlaşmasının qarşısını almaq səyləri ilə əsaslandırmışdı.

Teleqraf.az-ın virtualaz.org -a istinadən verdiyi xəbərə görə, Britaniyanın “The Spectator” nəşri yazır ki, Rusiya siyasi elitası Qorbaçovun NATO-nun bu vədinə inanaraq Şərqi Almaniyadan sovet qoşunlarını çıxarılmasına və iki Almaniyanın birləşməsinə razılıq verdiyini deyirlər.

ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin də əlyazmalarında da NATO-nun Qorbaçova Şərqə doğru genişlənməmək vədi verdiyi göstərilir. C.Beykerin M.Qorbaçovla 1990-cı ildə baş tutmuş görüşdən olan qeydlərində deyilir ki, NATO-nun fəaliyyət sferasına Şərqə doğru genişlənmək daxil deyil.

Daha sonra C.Beyker Almaniya kansleri Helmut Kola “NATO-nun şərqə doğru bir düym də olsun genişlənməyəcəyinə dair sovetlərə vəd verdiyini” yazıb.

Ancaq SSRİ-nin dağılmasından sonra NATO Şərqə doğru genişlənmək üçün aqressiv kampaniya başlatdı və Şərqi Avropanın 10 ölkəsini öz sıralarına qəbul edərək Rusiyanın sərhədlərinə dirəndi. Daha sonra Ukrayna və Gürcüstanı da hədəf alaraq keçmiş SSRİ respublikalarına doğru genişlənməyi hədəf seçdi.

Ukraynadakı indiki böhranın arxasında da məhz bu genişlənmə planları dayanır və Rusiya alyansın genişlənməsinə qarşı cavab addımları atmaq haqqının olduğunu bildirir.

Bəs əslində necə olub? Doğrudanmı SSRİ-nin son illərində Qərb liderləri NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair Qorbaçova vəd veriblər və indi bu vədi pozurlar?

Bir neçə il əvvəl Qorbaçov Fondunda araşdırma aparmış və SSRİ-nin ilk (həm də son) prezidentinin şəxsi arxivindəki sənədlərlə tanış olmaq imkanı qazanmış rus əsilli britaniyalı tarixçi Pavel Stroilov “The Spectator”dakı məqaləsində yazır ki, əslində NATO belə vəd verməyib. Əksinə, Qorbaçov NATO-nun genişlənməsi planlarına qarşı çıxmayıb və hətta SSRİ-ni də alyansa üzv etməyə hazır olduğunu bildirib.

P.Stroilov 2004-cü ildə Londondan sığınacaq alıb, bir neçə il əvvəl isə Qorbaçov Fondunda araşdırmalar aparıb. O, ötən il Qorbaçov Fondundan götürdüyü məxfi sənədlərin bir hissəsini açıqlamışdı.

P.Stroilov yazır ki, Putinin müşavirləri Qorbaçovun Qərb liderləri ilə NATO məsələsinə dair apardığı müzakirələrin stenoqramının açıqlanmasına qadağa qoyublar. Əslində isə həmin məxfi sənədlərdə NATO-nun heç vaxt SRRİ-yə belə vəd vermədiyi sübut olunur.

Qorbaçovun görüşlərindən hazırlanan əlyazmalara görə, sovet rəhbəri 1990-cı il, mayın 25-də Fransa prezidenti Fransua Mitteranla görüşündə “Şərqi Avropada bəzi səslərin Varşava Müqaviləsi Təşkilatından çıxmaq və NATO-ya qoşulmaq barədə” danışdığını xatırladır.

Daha sonra Qorbaçov deyir: “Mənim bu dəyişikliklərə şəxsi münasibətim dramatizmdən uzaqdır. Biz bu ölkələrin özlərinin seçdikləri sistemə malik olmaq, seçdikləri həyat tərzinə malik olmaq hüquqlarını tanımışıq. Qoy onlar öz həyatlarını seçsinlər və özləri istədikləri kimi qursunlar”.

Müəllif yazır ki, əgər Qorbaçov həmin vaxt NATO-nun genişlənməyəcəyinə dair təminat almaq istəsəydi, bunu asanlıqla edərdi. Əslində isə o, bunun tam əksini istəyirdi.

Məsələn, 1990-cı il, mayın 31-də Qorbaçov ABŞ prezidenti Corc Buşu belə əmin edirdi: “Mən sizin NATO-nun funksiyalarının dəyişdirilməsinə, bu təşkilata yeni üzvlərin cəlb olunmasına yönələn səylərinizi görürəm. Əgər siz alyansın yenidən formalaşdırılması və onun tədricən ümumavropa proseslərində siyasi ağırlıqlı mərkəzə çevrilməsi kursunda ciddisinizsə, əlbəttə, bu, başqa məsələdir. Ancaq bu zaman NATO-nun əsl açıq təşkilata çevrilməsi məsələsi ortaya çıxır, hansı ki, təşkilatın qapıları heç kimin üzünə bağlı olmayacaq. O zaman biz özümüz də NATO üzvlüyü barədə fikirləşə bilərik”.

1990-cı il, iyunun 8-də isə Qorbaçov Britaniyanın baş naziri Marqaret Tetçerə belə deyib: “NATO-da  və Varşava Müqaviləsi Təşkilatında islahatlar, habelə onların arasında razılaşmalar elə situasiya yaradır ki, istənilən ölkə bu və ya digər blokdan çıxıb o birinə girə bilər. Bəs birdən biz – SSRİ NATO-ya üzv olmaq istəsək, onda necə?”

Müəllif bu sənədlərə istinadən yazır ki, əslində Qorbaçovla Qərb liderləri arasında müzakirələrdə NATO-nun genişlənməməsindən yox, onun islahatlar nəticəsində siyasi təşkilata çevrilməsindən söhbət gedirdi. Bu vəd isə yerinə yetirilib və acınacaqlı nəticələrə gətirib çıxarıb.

“Soyuq müharibə dövründə NATO-nun üstünlüyü onun sırf hərbi blok olmasında idi. Yəni sən NATO-nun hansısa üzvünə hücum etsən, avtomatik olaraq qalan üzvlərlə də müharibə vəziyyətinə düşürsən. Hər şey sadə idi. Bu müəyyənlik SSRİ-ni çəkindirirdi və Avropada 40 ildən çox sülhü təmin etdi. Bu gün isə NATO məşvərət xarakterli çoxsaylı beynəlxalq təşkilatlardan birinə çevrilib. Bu təşkilat Latviya və ya Estoniyaya hücum olacağı təqdirdə nə edəcəyini açıq demək iqtidarında belə deyil. Putin əslində bilir ki, Qərb verdiyi sözə tam əməl edib, NATO təhlükəsiz, ziyansız təşkilata çevrilib və Rusiyaya təhdid təşkil etmir. Onun Rusiyanı cilovlamaq cəhdlərinin nəticələri isə bu gün Ukraynanın şərqində özünü göstərir” – deyə tarixçi yazır.

 

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti