İngiltərənin ”The Economist” jurnalı “Putin NATO-nu oyandırdı” adlı məqalə dərc edib. 

 Ukraynanın şərqində gedən döyüşlər ötən həftə Vladimir Putinin ora göndərdiyi rus ordusu sayəsində daha da amansızlaşaraq, Uelsdə keçiriləcək NATO sammiti üçün tutqun bir fon yaradıb. Sammitin keçiriləcəyi vaxt Əfqanıstanda hərbi əməliyyatların başa çatmasının nəzərdə tutulduğu yanvar ayının axırına planlaşdırılmışdı. Amma buna baxmayaraq təxminən 14 min ABŞ və NATO hərbi qulluqçusu Əfqanıstan ərazisindəki yerli təhlükəsizlik qüvvələrinə kömək etmək məqsədi ilə əlavə bir neçə il də orada qalacaqlar. Cənab Putin “sayəsində” sammitin başlıca mövzusu NATO üzvlərinin müdafiəsinin təmin edlməsi məsələsi olacaq. NATO Rusiya ilə yaxın sərhəddə malik olan yeni üzvlərini bir neçə inamsız cəhdlə əmin etməyə çalışıb ki, öz nizamnaməsinin beşinci bəndində deyildiyi kimi, Alyansın hər hansı bir üzvünə edilmiş təcavüz, bütün üzvlərə qarşı hücum hesab olunur və buna müvaffiq şəkildə də NATO öz öhdəliyini yerinə yetirəcək. Lakin NATO baş katibi Andres Foq Rasmussenin enerjili fəaliyyətindən fərqli olaraq, Alyansın bir neçə üzvü (əsasən Almaniya, İtaliya və Hollandiya) Rusiyanı “təxribata çəkmək” istəməyiblər. Polşanın öz ərazisində xeyli sayda Amerikan kontingenti də daxil olmaqla, 10 min hərbçi yerləşdirilməsi xahişi onun Rusiya ilə çox yaxın sərhəddi olması səbəbinə görə qəbul edilməyib.

Xöşbəxtlikdən Putini sülhə gətirmək siyasəti özünü tükəndirdi. Ukraynanın şərqində Rusiyanın qızışdırdığı vətəndaş müharibəsi və bortunda 193 Hollandiya vətəndaşı olan Malayziya təyyarəsinin separatçılar tərəfindən vurulması avropalıların fikrini dəyişdirdi. İndi aydındır ki, Alyans düşmən əhval-ruhiyyəsinə bürünmüş Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıdır. Amma NATO-nun bu dəfə də çox az şey edəcəyi ehtimalı xeyli böyükdür. Çox güman ki, qarşıdakı sammit zamanı mövqeləri möhkəmləndirmək istiqamətində “təminat hazırlığı planı” təsdiq ediləcək. Bu əlbəttə ki, yaxşıdır, ancaq yetərli deyil. Nəticədə isə yüksək döyüş hazırlığı briqadası formalaşdırılacaq və Polşada iknci eşalan qoşunlarının istifadə edə biləcəyi ağır silahlar və yeni komanda mərkəzi yaradılacaq. Əgər NATO Polşanın öz ərazisində 10 min nəfərlik hərbi baza yaratmaq xahişını yerinə yetirsə idi, bu Rusiyaya qarşı daha güclü siqnal demək olardı.

Bir tərəfli hərəkət istiqaməti olan küçə

Bu cür hərəkətlər Rusiya və NATO–nun 1997-ci ildə imzalanmış və soyuq müharibədən fərqli olaraq, qarşılıqlı şübhələrə son qoymağı və Alyans ilə Moskva arasındakı əməkdaşlıq üçün zəmin hazırlanmasını nəzərdə tutan əsas paktı kobud sürətdə pozur .Ancaq NATO-nun müqaviləyə imza atmış digər bir tərəf olan Rusiyanın yerinə yetirmək istəmədiyi hər hansı bir sənədin şərtlərinə özünü bağlamasına da ehtiyac yoxdur. Belə ki, iqtisadiyyatın sərt qaydaları və yalançı təhlükəsizlik hissləri nəticəsində uzun illər ərzində həmin ölkələrin müdafiə xərcləri ixtisara düşdüyü halda, 2007-ci ildən indiyədək Rusiya öz hərbi xərclərini iki dəfə artırıb.

Avropa ölkələrinin liderləri həmişə əmin olublar ki, Amerika bütün boşluqları dolduracaq. Cənab Rasmussenin sözlərinə görə, Putin tərəfindən gələn ”həyacan zəngi” NATO üzvlərinin yarısını öz hərbi xərclərini azaltmamaq vədini verməyə məcbur edib. Ancaq bu yetərli sayılmır. Hələ 2006-cı ildə bütün NATO üzvləri söz vermişdilər ki, öz Ümumi Daxili Məhsullarının 2%-ini müdafiə xərclərinə yönəldəcəklər. Ancaq Avropada yalnız Fransa, Almaniya, Britaniya və Estoniya öz öhdəliklərini yerinə yetiriblər (Polşa da bu götəricilərə yaxınlaşır). Hazırda NATO-nun ilk növbədə yaxşı silahlanmış və çevik hərəkət etmək qabiliyyətinə malik olan qüvvələrə ehtiyacı var. Elə məhz ona görə də Avropa liderləri öz seçicilərinə bu yöndə nə üçün pul xərcləmək lazım gəldiyini izah etməlidirlər.

 
AzPolitika.info

Bölməyə aid digər xəbərlər

05 Fev 2018 Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma –Davutoğlunun "sıfır problem" doktrinasından niyə imtina olundu? - TƏHLİL

30 Okt 2016 Türkiyənin Mosul və Kərkük üzərində haqqı və “Misak-ı Milli” (“Milli And”)

18 Okt 2016 Modelyer Leyla Əhmədovaya təzyiq olunur

18 Okt 2016 Ankaranın Mosul planı - Türkiyə əməliyyat və danışıqlarda yer almaqda qərarlıdır

21 Sent 2016 Qafqazda müharibə riski artıb - Ərdoğan

07 Sent 2016 Sabah Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən şəxs bəlli olacaq

31 İyul 2016 Türkiyə ordusu əvvəlki güc və müstəqilliyini itir

19 İyul 2016 Rusiyaya icazə verməməliyik - Müharibə anonsu

16 İyun 2016 Dollar niyə bahalaşır? - Ekspert

05 İyun 2016 Əliyevlə Sərkisyanın iyun görüşü: Danışıqlar başlayacaq, yoxsa müharibə?!

13 May 2016 Qarabağda savaş hər an başlaya bilər - Rus politoloq

10 Apr 2016 ”Rusiya qondarma rejimi danışıqlar prosesinə cəlb etmək istəyir”

03 Apr 2016 “Müharibə Qarabağın hüdudlarından kənara çıxmasa, Rusiya qarışmayacaq...”

30 Mart 2016 MSK müəmması: Məzahir Pənahovun yerinə o gəlir...

25 Mart 2016 Rza Zərrab kimdir: iş adamı, agent, yoxsa ailənin əsiri?

22 Mart 2016 Novruz, yoxsa Ergenekondan çıxış bayramı?

14 Mart 2016 "Neft ölkəsində yaranan iqtisadi böhran xarici borcların artmasına təkan verdi"

03 Mart 2016 PUTİN HÖKUMƏTİNDƏ ÇATLAR DƏRİNLƏŞİR! – Kreml klanları prezidentə qarşı?

26 Fev 2016 “Putin üçün sığorta vasitəsi” – ABŞ-a qarşı “səssiz hücum” PLANI

18 Yan 2016 “Hazırkı durum bir koordinasiya mərkəzinin yaradılmasını tələb edir”

06 Yan 2016 Rusiya Türkmənistanla əlaqəni niyə kəsib? – Şərh

15 Dek 2015 Neft 20 dollara da düşə bilər – Təhlil

10 Dek 2015 PUTİN ÜÇÜN “TÜRK MARŞI” SONATASI – “Bu dəfə bleflə məşğul olmayan biri ilə qarşılaşdı…”

09 Dek 2015 Sirlər çözüldü: İraq-Türkiyə qarşıdurmasının arxasındakı qüvvə... – ŞOK İDDİA

09 Dek 2015 “Aralıq dənizində balans Türkiyə və NATO-nun xeyrinədir”

08 Dek 2015 İŞİD ÜÇÜNCÜ ÖLKƏNİ ƏLƏ KEÇİRİR! – Yenidən təşkilatlanır və beynəlxalq şəbəkə qurur

08 Dek 2015 Faciənin qarşısını almaq niyə mümkün olmadı?

03 Dek 2015 TÜRK-RUS QARŞIDURMASI AVRASİYANI PARÇALAYA BİLƏR! – Azərbaycan kimin tərəfini tutacaq?

02 Dek 2015 Yürüş Mehrəlibəyli Güney Azərbaycan milli hərəkatına ciddi təkliflər verib

29 Noy 2015 Nardaran normal həyata qayıtmaq istəyir? - Son durum

Xəbər lenti