|
Qərb elitası Obamaya və Kemerona səsləndi
Qərbin ali məqamlı diplomatları və hərbi elitası prezident Barak Obamaya və Böyük Britaniyanın baş naziri Devid Kemerona müraciət edərək, İŞİD-ın məğlub edilməsi üçün onları Suriya prezidenti Bəşər Əsədlə rəsmi danışıqlara başlamağa səsləyib.
Böyük Britaniya ordusunun keçmiş rəhbəri general Lord Dannat və ABŞ-ın İraq və Əfqanıstanda səfiri olmuş Rayan Kroker Süriya rəhbərliyi ilə hərbi əməkdaşlığın mümükünlüyü ideyasını açıq şəkildə müdafiə ediblər.
Bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.