|
Asim Zülfüqarov Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktorunun müavini təyin edilib.
Palatadan Trend-ə bildiriblər ki, icraçı direktor İbrahim Alışevdir.
A.Zülfüqarov, həmçinin Strateji xidmətlər departamentinin səlahiyyətlərinin icraçısı təyin edilib. Eyni zamanda, o həmin departamentin Strateji təhlil və risklər idarəsinin rəhbəridir.
Bundan başqa, İmran Məmmədov Bank fəaliyyətinə nəzarət departamentinin direktorunun səlahiyyətlərinin icraçısı təyin edilib. O, həmin departamentin Daxili nəzarət idarəsinin rəhbəridir.