Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı ilin birinci rübünün yekunlarına dair müşavirəsi keçirilib.

Teleqraf.az-ın məlumatına görə, şura sədri, millət vəkili Azay Quliyev iclası açaraq Katibliyin müxtəlif istiqamətlər üzrə fəaliyyəti və qarşıda dayanan vəzifələr haqqında tövsiyyələrini çatdırıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun qurumun ötən müddət ərzində görülən işlər haqda məruzə ilə çıxış edib. F. Qurbanov Şuranın Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq 2016-cı ilin birinci rübündə QHT-lərə təşkilati-texniki, metodik, məlumat, maliyyə və konsultativ dəstəyin davam etdirildiyini qeyd edərək paytaxtda və regionlarda təşkil edilən təlim və məlumatlandırma sessiyaları haqqında ətraflı məlumat verib.

2016-cı ilin I qrant müsabiqəsində tətbiq edilən yeniliklər haqqında danışan icraçı direktor şəffaflığın təmin olunması istiqamətində bundan sonra da zəruri addımların atılacağını bildirib. F. Qurbanov müsabiqədə qalib gələn 277 QHT-dən 199-u ilə artıq müqavilə imzalandığını qeyd edib.

İcraçı direktor cari ilin birinci rübünün ən mühüm hadisələrindən biri olan Şura üzvlüyünə keçirilən seçkilərin tamamilə obyektiv və şəffaf şəkildə, bütün iştirakçı tərəflərin razılığı şəraitində keçirildiyini vurğulayıb.

2016-cı ilin I qrant müsabiqəsinin nəticələri haqqında danışan Azay Quliyev görülən bütün işlərin QHT-lərin daha rasional layihə təklifləri ilə çıxış etməsinə yönəldiyini deyib: “Şuradan maliyyə dəstəyi almağın yeganə yolu ictimai aktuallıq kəsb edən, cəmiyyətimizin inkişafına xidmət edən və peşəkarlıqla hazırlanan layihələrlə müraciət etməkdir”. Ümumilikdə Şura sədri rəhbərlik etdiyi qurumun fəaliyyətini qənaətbəxş qiymətləndirib. 

Müşavirədə beynəlxalq əlaqələr, analtik təhlil və ekspertiza, mətbuat və ictimaiyyətlə əlaqələr bölmələrinin rəhbərlərinin, baş mühasibin və digər Katiblik əməkdaşlarının məruzələri dinlənilib.

İclasda ötən dövr ərzində əmək fəaliyyətinin yerinə yetirilməsində fərqlənən Katiblik əməkdaşlarının təşəkkürnamə ilə təltif edildiyi bildirilib.

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti