Türkiyədə təhsil alan azərbaycanlı tələbələr AVCİYA-nın petisiyasına dəstək verirlər
Teleqraf.az-ın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet
resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət edilib.
Petisiyaya Azərbaycanda təhsil alan tələbələrlə yanaşı Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də aktiv şəkildə dəstək nümayiş etdiriblər. Türkiyədə təhsil alan gənclər AVCİYA-nın hazırladığı çap materialları (baner, roll-up,buklet, broşur, flayer və s) ilə təhsil aldıqları universitetlərdəki tələləbələri "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiyaya haqqında məlumatlandıraraq dəstək olmaq üçün imza toplamağa çalışırlar.