|
Mayın sonuna qədər Bakıda bələdiyyə avtomobil duracaqlarında kontaktsız ödəniş metodundan istifadə olunacaq.
Trend-in xəbərinə görə, layihənin reallaşdırılması üzrə artıq razılıq əldə olunub. Həmçinin, özəl duracaqlarda da yeni ödəniş metodundan istifadə edilməsi üçün danışıqlar aparılır.
Ödəniş duracaqlarda, Bakı Metropoliteni və Azərpoct məntəqələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləcək. Stikerin 0,5 manat olacağı bildirilir