|
"Başa düşmürəm, biz sürgündə yaşayırıq, yoxsa həbsxanada?"
Qazax rayonunun ərazisində olan “Qırmızı körpü” gömrük-keçid məntəqəsindən Gürcüstan Respublikasından Azərbaycana keçən vətəndaşların pasportları əllərindən alınaraq geri qaytarılmır.
Bu barədə Teleqraf.az-a məlumat verən KXCP Qazax rayon şöbəsinin üzvü Məmmədzadə Şöhrət bildirib ki, “ Gürcüstan respublikasından Azərbaycana gələn vətəndaşlarımızın pasportları “Qırmızı Körpü” gömrük- keçid məntəqəsində əllərindən alınaraq saxlanılır. Pasportu tələb edən vətəndaşlara isə verdikləri cavab bu olur, “sabah gəlib götürərsiniz”. Şöhrət Məmmədov bidirib ki, onun özünün də pasportunu gömrük işçiləri zor tətbiq edərək əlindən alıblar.
“ Şəxsən mənim də pasportumu gömrük işçiləri zorla əlimdən aldılar. Mən bunun qanunsuz olduğunu, pasportumuzun əlimizdən alınaraq qaytarılmaması onların səlahiyyətləri çərçivəsində olmadığını dedikdə, özünü gömrük idarəsinin əməkdaşı adlandıran və mülki geyimdə olan Vüsal adlı şəxs mənə qarşı zor tətbiq etməyə başladı.”
"Başa düşmürəm, biz sürgündə yaşayırıq, yoxsa həbsxanada?" Deyən KXCP üzvü bununla bağlı aidiyyəti qrumlaraşikayət edəcəyini də bildirdi.
Elşən Əlisoy