|
Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsi avtosfer.az-ın martın 19-da, saat 18:50 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində hərəkət edən iki avtomobilin YPX əməkdaşlarının gözü qarşısında kobud hərəkətlər etməsi ilə bağlı yazıya aydınlıq gətirib.
Şöbədən avtosfer.az-a verilən məlumata görə, hər iki avtomobili idarə edən şəxslər Yasamal Rayon Polis İdarəsinin əməliyyatçıları olub və tədbirlə əlaqədar həmin ərazidə xidmət aparırmışlar. Bu səbəbdən də 99 YP 281 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları onları saxlayarkən vəsiqəni təqdim edərək hərəkətə davam ediblər.