Azərbaycanlı aktrisa, radio aparıcısı və yazıçı Gülay Hüseynova, artıq bir müddətdir ki, "P.S. Zaten Boyun da Küçüktü..." kitabını, Türkiyədə də təqdim edir. Keçən il ölkədə ən çox satılan kitabın müəllifi ilə “Kanal S” televiziyasının Türkiyə üzrə xüsusi müxbiri görüşərək müsahibə alıb. Aşağıda Sizə maraqlı müsahibənin yazılı və video versiyalarını təqdim edirik.

 -Qısaca sizi tanıyaq.

- Hər kəsə salam. Azərbaycana salamlar, Türkiyəyə salamlar. Bir saat sonra imza günümüz başlayır. Həyəcan var, coşğu var. Hər şey yaxşıdır. Qısaca özüm haqqında nə deyə bilərəm. Gülay Hüseynova 1989-cu il doğumluyam. Bakıda anadan olmuşam. Aktrisayam. Filmlərdə, seriallarda rol alıram. Radio aparıcısıyam. Kitab yazdım, keçən il yazdım. 2015-ci ildə. Və kitabım Azərbaycanın ən çox satılan kitabı oldu. 2015-ci ilin satış rekordmeni oldu. Sonra “qızıl qələm” mükafatına layiq görüldü. Ondan sonra Türkiyədən təkliflər gəlməyə başladı ki, bu kitabı Tükiyədə də nəşr etdirək. Çünki orijinal dili Türk dilidir. Bu səbəbdən kitabımzı  Türkiyəyə gətirdik. Və imza günləri səbəbiylə gəzirik Türkiyəni, səfərlərə çıxırıq.

- Sevdiyiniz, nümunə götürdüyünüz yazıçılar kimlərdir?

- Mən Bakı Slavyan Universitetiin məzunuyam. Rus dili və ədəbiyyatı fakültəsini bitirmişəm. Uşaqlıqdan rus klassikasıyla böyüyən biri olaraq, Turqenyevi sevərək oxumuşam, Qoqolu sevərək oxumuşam, Puşkin, Bulqakov və bir çox digər yazıçıları özümə örnək götürmüşəm. Amma təbii olaraq onları kopyalamamışam və kitabımda da janr tamamilə fərqlidir. Kitabım günümüzün ədəbiyyatına aiddir. Sosial mediada yaranan sevgilərdən, eşqlərdən bəhs edən bir kitabdır. Dediyim kimi, sevdiyim yazarların təsiri mənim düşüncələrimdə varsa da, qələmimdə yoxdur.

   Türk ədəbiyyatını da sevirəm təbii ki. Həm müasirlərdən çox oxuyuram Türk ədəbiyyatına dair, həm cümhuriyyət dövrünün yazarlarını çox sevirəm. İmkan tapdıqca, fürsət tapdıqca, oxumağa çalışıram. Mümkün qədər biliklərimi artırmağa və ədəbi anlamda qələmimi gücləndirməyə xidmət etməyi sevirəm.

- Bu kitabı yazma səbəbiniz nədir? Yəni sizə ilham olan şey nədir? Bu yazı mərhələsində sizə dəstək olan kimsə oldu? Bu tamamilə sizin öz fikrinizdir?

  -Tamamilə öz fikrimdir. Çünki sizə deyim ki, heç mən qabaqcadan belə bir niyyət etməmişdim ki,bestseller olmalıdır bu kitab, Türkiyədə satışa çıxmalıdır. Yəni belə bir hədəflərim, planlarım yox idi. Özüm üçün, keyf üçün bir iş gördüm. Özüm üçün, marağım üçün, zövqüm üçün bir kitab yazdım. Və bu kitab bu qədər sevildi. Biraz özüm də, sözün açığı çaşqınlıqla qarşıladım. Çünki böyük yazıçıların aldığı mükafatdır “qızıl qələm” mükafatı. Biraz mən həyəcanlandım və təbii olaraq təəccübümün səbəbi də odur ki, niyə mən? 26 yaşında “Qızıl qələm” mükafatı alan, üstəlik tək kitabıyla, kitabın da dili türk dilindədir. İlk yazar mən olduğum üçün təbii ki, mənim məsuliyyətim də artmağa başladı. Artıq 2-ci kitaba daha diqqətlə yanaşıram və əlimdən gəldiyi qədər də çalışacam ki, 2-ci kitab ən azı 1-ci qədər uğurlu olsun.

 - Tənqidçilər kitabınızı yəqin ki, oxuyublar. Necə reaksiya verdilər?

Əvvəl çox pis reaksiya verdilər. Çünki azərbaycanlıyam, Azərbaycan türküyəm və Azərbaycan dilinə kifayət qədər sahibəm, gözəl danışa bilirəm, fikrimi ifadə edə bilirəm. Amma niyə  azərbaycanlı  yazıçı, aktrisa, radioçu türkcə yazıb kitabı deyə qınaqlar olmuşdu. Amma vaxt keçdikcə onlar da yerinə düşdü. Çünki artıq insanlar gördülər ki, mən əlimdən gəldiyi qədər böyük hədəflərə doğru gedirəm və Azərbaycanı bu dəqiqə Türkiyədə təmsil edirəm. Bir saat sonra Türkiyənin ən böyük kitab sərgilərindən biri olan Sianarda mənim imza günüm var. Məncə bu çox gözəl bir şeydir. Yolla gedirəm, İstanbulun küçələrində, bilbordlarda kitabımın reklamlarını görürəm, afişaları görürəm. Metroya düşürəm, metroda görürəm. Çox möhtəşəm hisslərdir, möhtəşəm duyğulardır. Əminəm ki, mənim xalqım da orada sevinir mənim yerimə və dəstəkdir.

 - Kitab gözəldir, ya da filan yerində əskiklik var idi deyənlər oldu?

- Əlbəttə ki, hər şeyi hər kəs bəyənə bilməz. Ən çox qınaq dil səbəbiylə oldu. Oxuyanlardan bəyənənlər də oldu, bəyənməyənlər də olur. Amma deyəsən bəyənələr daha çoxdur.

 - Bu kitabda hansı mesajı verməyə çalışmısınız? Cəmiyyətə nə qazandıracaq bu kitab?

 Uzaqdan sevgi olmaz. (gülür) Bu mesajı vermək istəmişdim. Verdim. Sosial mediada yaranan, günümüzün məhəbbətlərindən danışmışdım. Bir qəhrəmanım azərbaycanlı, bir qəhrəmanım Trabzonlu, Karadenizli bir oğlandır. Onların sevgisini yazmışam. Sonda da mesaj budur ki, uzaqdan sevgi olmaz. Sevgilin əlinin altında olmalıdır.

- Bəs bu hekayənin gərçək birisi var?

Tam yoxdur. Mən çox sevirəm Karadeniz mahnılarını, musiqilərini çox sevirəm. Keşanını da sevirəm. Ora gedib Keşan aldım. Trabzon insanlarını niyə sevirəm? Çünki çox istiqanlıdırlar.Təxminən 10 gün qabaq imza gününə getmişdik Trabzona. O qədər isti qarşıladılar ki, həqiqətən çox sevindim. Çox da məmnun oldum. Yaxşı ki, mən qəhrəmanımı Karadenizli etmişəm, yaxşı ki, mənim qəhrəmanım Trabzonludur. Sevinirəm. O qədər yaxşı qarşıladılar ki, fikirləşirəm 2-ci kitabımın da qəhrəmanını Trabzonlu edim. Yenə gəlim bura, yenə qonaq olum.

 - 2-ci kitabınız olsa, yazsanız, bu hekayənin davamı olacaq?

 Belə deyim, əslində mən 2-ci kitaba başlamışdım. Amma tamamilə başqa şey yazırdım. 2014-cü il avqust ayından başlamışdım. Hələ bu kitab nəşr olunmamışdı. Amma bu kitab nəşr olunduqdan sonra bu qədər uğur qazandı, bu qədər sevildi, bu qədər mesajlar gəlməyə, istəklər gəlməyə başladı. Artıq bütün oxucular israrla məndən kitabın davamını istəyirlər. Ona görə mən artıq kitabın davamını yazdım. Demək olar ki, bitirmişəm. 2016-cı ilin sonlarına yaxın onu da nəşr etdirərik yəqin ki. Çünki hər şey hazırdır. Biraz orasını-burasını bəzəyib onu da nəşr etdirəcəyik İnşallah.

- Kitabdakı obrazların sizinlə bir əlaqəsi var? Yoxsa tamamilə xəyalların məhsuludur?

 (Kitabın üz qabığını göstərərək gülür) Sizcə var? Öz xarakterimdən çox şeylər əlavə etmişəm bu kitaba. Əlbəttə ki, gündəlik həyatımdan, xasiyyətimdən. Özümə aid bəzi şeyləri yazmışam doğrudan da. 35 faiz deyək. 100 faiz yox. Bəzən oxuyanlar mənə yazırlar ki, ay Gülay xanım, çox cəsarətlisiniz, öz həyatınızı yazmısınız, qələmə almısınız.Yox, əslində öz həyatım deyil. Hələ o qədər cəsarətli deyiləm, öz həyatımı olduğu kimi yazım. Ədəbiyyat mənə görə həyatın təqlididir. Yəni, həyatda nə baş verirsə, mütləq nəsə alırıq oradan. Nümunələr götürürük. Bizə təsir edir. Ondan sonra başlayırıq onu qələmə almağa. Yəni həqiqətlər də var, xəyallarımın məhsulu da çoxdur. Niyə çoxdur və dili də çox səmimidir? Çünki mənim aktrisalığım ona təsir edib, qələmimə təsir edib. Çox rahat olmayan şeyləri də gözəl bir formada çatdıra bilirəm və hər kəsi də inandıra bilirəm.

  - Kitabda Zaten boyun da küçükdü deyə bir ifadə var. Bu boyu kiçik olan şəxs kitabı oxuyub? Və reaksiyası necə oldu?

 -Belə deyim, hər kəs mənim kitabımı oxuyub. Kitabımın demək olar ki, bütün qəhrəmaları oxuyublar. (Fikirləşir) Hə deyəsən bütün qəhrəmanları oxuyub. Hamısı da gözəl qarşıladılar. Hamısı dedi ki, möhtəşəm kitabdır. Həm dil tərəfindən, həm səmimiyyət tərəfindən çox gözəldir. Sevindim ki, insanlar qəhrəmanı olduğu kitabı bəyənirlər və mənə mənəvi dəstək verirlər.

- O qəhrəmanın boyu uzun olsaydı, hekayə fərqli olardı?

-Hər şey dəyişərdi.Ən əvvəl kitabın adı dəyişərdi. Boy məsələsi o qədər həssas bir məsələdir ki. Adətən uzun boylu qızların qarşısına qısa boylu oğlanlar çıxır. Belə sevgilər də olur. Komplekslər olur. İlk dəfə dedim ki, bu boy məsələsinə mən girim. Hələlik heç kəs bunu qələmə almayıb. Yazdım..Çox insan da özünü tapdı. Hamı deyir ki, elə bil ki, məni yazmısınız o obrazda. Əsas qəhrəmanlarda mən varam deyənlər oldu.

- Obrazın boyu uzun olsaydı bu kitab nəşr olunmazdı onda?

-Yəqin ki, yenə də nəsə tapardım. (gülür) 

-Kitabınızı Nobel mükafatlı Orhan Pamuk da oxuyub, bəyənib. Ona kitab göndərməyi düşünürsünüz?

 -Bu çox gözəl fikirdir. Siz ağlıma gətirdiniz. Çox istəyərəm. Mən də qürur duydum, Orhan Pamukun kitabımı bəyəndiyini, maraqlandığını görəndə. Əlbəttə ki, tez bir vaxtda görüşmək istəyərəm. Sevə-sevə imzalı kitab verərəm. Bir söz var. Sağ əlini başıma qoyaram. O mükafatdan mən də alım. (gülür)

-Müsahibə alarkən bir şeyə fikir verdim. Azərbaycan dilində balamışdınız. Türkcə davam edirsiniz.

 - Siz sualları Türkcə soruşursunuz. (gülür) Gah elə oluram, gah belə. Həm də Türkiyədə yaşadığıma görə türkcə danışdığıma görə dilim çaşır.

 - Kitabın çox satılmasının səbəbi gözəl reklam oldu, yoxsa, hekayənin doğrudan da insanları maraqlandırması oldu.

 - Hər halda Azərbaycana aiddir bu. Çünki Türkiyədə yenidir deyə, hələlik satış rəqəmlərindən xəbərim yoxdur. Azərbaycanda belə deyim ki,reklam olmayıb. Mən tam səmimi deyirəm. Reklama 1 qəpik də xərcləməmişəm. Hər halda mənim özümə görə tanınan biri olduğum üçün insanları ilk öncə bu maraqlandırdı. Görəsən Gülay nə yazıbdır, görəsən Gülayın yazdığı necə bir şeydir. Kitabın üz qabığı da maraqlandırdığı, diqqətçəkici olduğu üçün.  Fikirləşirəm ki, insaların marağına səbəb olan şey budur. Bir də dili. Azərbaycanda Türkcə kitab... Azərbaycanlı Türkcə kitab yazdı. Yəqin ki, ilk olaraq diqqəti çəkən şeylərdən biri bu idi. Dediyim kimi reklama 1 qəpik də xərcləməmişəm. Sevildi, maraq doğurdu.Yəni tanıtımını da etmədən insanlar məndən imza günü istəyirdi.

- Türkiyədə də eyni uğuru gözləyirsiniz?

-Niyəsə ürəyim çox rahatdır. Burdakı bütün reklamları nəşriyyat özü edir. Bilmirəm niyə bu qədər rahatam. Bəlkə də yaxşı olacaq deyə, ürəyimdə bir sıxıntı, bir narahatlıq olmayıb ki, görəsən satılar? Imza gününə gələn olmaz filan. Belə şeylər heç olmayıb. O qədər rahatam ki... Hər halda ürəyimdəki o rahatlığın da bir səbəbi var. İçimdəki səs bu kitabın seviləcəyini deyir.

-Kitabın üz qabığını görəndə mən cizgi-roman zənn etdim.

- Yox, elə deyil. Cizgi-roman deyil 30 yaşında insanlar da oxuyub ağlayaraq mənə mesaj yazıblar. Gənclik romanı filan zənn edirdim. Amma mən 30 yaşımda ağladım. Bilmirəm. Hər kəs özündən nəsə tapır. Önəmli olanda odur. Səmimiyyəti. Səmimiyyəti insanları burdan vurur. (ürəyini göstərir) Buranı “cızz” edən nəsə varsa, o tutar.

  - Çox sağ olun. Təşəkkür edirik. Xeyirli olsun.

 -Mən sizə təşəkkür edirəm gəldiyiniz üçün,işıqlandırdığınız üçün. Bütün Azərbaycana, bütün Türkiyəyə salamlar.
  
Tural Səmədov

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti