|
Ağsu rayon Meleoratorlar Qəsəbəsində yaşayan Rəsulova Vahidə Məhərrəm qızı Rabitəbankın Ağsu filialı tərəfindən təzyiqlərlə üzdəşdiyini bildirib. O bu haqda Teleqraf.az-a yazaraq aidiyyəti qurumlardan bankın onlara qarşı təzyiqlərin qarşısını almağı xahiş edib.
Şikayət məktubunu olduğu kimi təqdim edirik:
Mən Rəsulova Vahidə Məhərrəm qızı Ağsu rayonunda yaşayıram. Həyat yoldaşım və böyük övladım Allahın rəhmətinə qovuşublar. Ailəmizin qazanc gətirənləri onlar olduğu üçün, onlardan sonra mən Ağsu rayonunun mərkəzi bazarında xirda ticarətlə məşğul olmağa məcbur oldum. Çünki dolanmağımızdan başqa, övladım anadangəlmə ağır xəstə olduğu üçün onun iynə-dərmanına pul tapmalı idim. Bir neçə dəfə banklardan kiçik kreditlər götürüb vaxtı-vaxtında ödəmişdik. Sonuncu dəfə "Rabitəbank"dan götürdüyüm krediti verməkdə çətinlik çəkdim. Çünki xəstələndiyim üçün borca girib müalicə olundum. Sonra oğlumun vəziyyəti pisləşdi, ona görə də bankın kreditini vaxtında ödəyə bilmədim. Bunu bankın əməkdaşlarına izah etsəm də, bankın müdiri hər dəfə evimizə zəng edərək pensiya kartımı əlimdən alacağını bildirərək bizi təhdid edir. Bankın təhdidlərinə dözə bilməyərək dəfələrlə intihara cəhd etmişəm. Sizdən xahiş edirəm ki, bizim ailəmizi bankın təzyiqlərindən xilas edin. Acınacaqlı bir durumda yaşayırıq. Sanki ölkədə baş verən böhrana görə məsuliyyəti biz daşıyırıq. 150 manat pensiya alıram, bununla xəstə övladıma baxım, çörək alım, yoxsa kredit verim? Azərbaycanda bzim günahımız olmadan ümumi böhran var və bu böhran mənim xırda ticarətimə də öz təsirini göstərdi. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim ailəmizi "Rabitəbank"ın təhdidlərindən xilas edəsiniz. Bank mənim pensiya kartımı əlimdən alsa onda bizim ölməkdən başqa bir yolumuz qalmayacaq...
Elşən Məmmədov