|
Beyləqanda intihar hadisəsi baş verib.
Teleqraf.az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan İsmayılov yaşadığı ünvanda özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.