|
Gürcüstanın paytaxtı Tiflisdə donuz qripinin yaratdığı pnevmoniyadan daha bir nəfər ölüb.
Reporun Gürcüstan İctimai Sağlamlığa Nəzarət Milli Mərkəzinə istinadən verdiyi məlumata görə, bu, H1N1 virusundan 7-ci ölüm faktıdır.
Ümumilikdə ölkədə qış mövsümündə vətəndaşlar arasında donuz qripinə 186 yoluxma halı qeydə alınıb.