|
Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.
Teleqraf.az-ın xəbərinə görə, sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.
Ötən il Azərbaycan manatı ABŞ dollarına nisbətdə iki dəfə ucuzlaşıb. Bundan sonra ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edilir.