Devalvasiyadan sonra dollardakı kreditlərin qaytarılmasının çətinliyi gündəmdədir.

TURKUSTAN.info "Marja"ya istinadla xəbər  verir ki, “Unibank” KB ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov bu məsələyə, “burda bizim fikrimizcə, dövlət dəstəyi lazımdır” şəkildə münasibət bildirib və sözlərinə belə davam edib:

“Bildiyim qədər məsuliyyətli borcalanlar üçün əhalinin 10 minədək olan dollar kreditlərininin kompensasiyası məsələsi üzərində işləmək tapşırılıb. Yəni, dollarda borc alan 1.05 manat kursla ödəyəcək, borcun aradakı məzənnə fərqini isə MB-nın simasında dövlət qarşılayacaq. Biz 360 min ölkə vətəndaşını əhatə edən bu proqramı az gəliri olan əhalinin devalvasiyanın nəticələrindən dəstəklənməsi istiqamətində çox vacib hesab edirik. Bizim dəyərləndirməmizə görə, bu proqramın maksimal həcmi 450 milyon manat təşkil edir ki, bu zaman maliyyələşmə mənbəyi olaraq milli valyutanın devalvasiyası nəticəsində MB tərəfindən əldə olunmuş həmin 3 milyard manatın bir hissəsi çıxış edə bilər”.

Bank rəhbəri “Amma 360 min əhalinin bir hissəsidir. Bəs digərləri necə olsun?” sualına belə cavab verib.

“Siz qeyd etdiyiniz kimi iqtisadiyyatın enişi fonunda fərdi sektorda çoxsaylı iş yerləri ixtisarı gedir və dövlət də həmçinin xərcləri azaldır, qiymətlər isə qalxır. Bəli, bizə antiböhran proqramı lazımdır. Dövlət yardımı olmadan, bu böhranın nəticələrini yumşaltmaq mümkün olmayacaq. Mənə elə gəlir ki, biz bir az gecikirik. Baxın, qonşu ölkə Qazaxıstan artıq belə bir proqram yaradıb.

Hökumətin bütün iqtisadi bloku bu sahədə səylərini birləşdirməlidir, bank sektorunun, kiçik və orta sahibkarlığın və aztəminatlı əhalinin dəstəklənməsi üçün kompleks plan hazırlanmalıdır. O proqram işsizliyin səviyyəsinin, ölkədəki inflyasiyanın nəzarətinə və nəticədə kiçik və orta biznes müəssisələrinin vergi bazasını genişləndirərək, büdcə gəlirlərinin yüksəlməsinə yönəlməlidir.

Bu gün qızıl-valyuta ehtiyatlarının saxlanılması, milli valyutanın məzənnəsinə nəzarət və büdcə vəsaitlərinin ixtisarı istiqamətində böyük səylər göstərilir. Bunlar hamısı çox vacibdir. Lakin bunlar yalnız taktiki məsələlərdir. Biz strateji məsələlərə - neft pulları olmadan yeni iqtisadi model qurmağa daha çox diqqət ayırmalıyıq. Bu iqtisadi modeli böyüyən biznesin əsas maliyyə mənbəyi olan güclü bank sistemi olmadan qurmaq mümkün deyil. Onları isə bu gün dəstəkləmək lazımdır. Həm biznesi, həm bankları”

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti