Yanvarın 11-də Nəsimi rayon polis idarəsiniin əməkdaşları qanunsuz valyuta alveri ilə məşğul olan 11 nəfəri saxlayıb.
Onların haqqında İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilib, cərimə olunublar.
Xəbəri Daxili İşlər Nazirliyinin saytı yayıb.
Dekabrın 21-də manatın ABŞ dollarına nisbətdə yarıbayarı ucuzlaşmasından sonra Bakıda “qara bazar” formalaşıb. İndiyə qədər “qara bazar”da alver edən 20-yə yaxın adam saxlanaraq cərimə edilib.