|
24 dekabr 2015-ci ildə Oğuz Bilik Evində Yaradıcılıq Fakültəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşirin təşəbbüsü ilə "Oxucu klubu" yaradılıb. "Oxucu klubu" həftədə bir dəfə olmaqla toplantılar, həm yerli, həm də xarici yazarların əsərlərinin müzakirələri keçirəcək. Eyni zamanda "Oxucu klubu" müasir Azərbaycan ədəbiyyatının bölgələrdə tanıdılmasına öz töhfəsini verəcək.
Teleqraf.az-ın məlumatına görə, “Oxucu klubu”nun yaradılmasında əsas məqsəd Oğuz rayonunda kitab təbliğatını genişləndirmək, tələbələrin bədii ədəbiyyata marağını artırmaq, oxucuların şəbəkələşməsinə dəstək olmaqdır.
Fakultə tələbələrinin istəyi ilə, Bilik Evində "Kino günləri" keçirilməsi də planlaşdırılır. Həftə sonları keçirilməsi nəzərdə tutulan görüşdə tələbələr Azərbaycan və dünya kinosunun inciləri ilə tanış olacaq, baxılan filimlər müzakirə ediləcəkdir.