"Hələ apreldə Elman Rüstəmovu növbəti (5-ci!) dəfə Mərkəzi Bankın sədri təyin edəndə demişdim: bu təyinat o deməkdir ki, o, növbəti devalvasiyanı da həyata keçirəcək".

Teleqraf.az-ın məlumatına görə, bu haqda tanınmış hüquqşünas Əkrəm Həsənov özünün Facebook yazaraq bildirib. Üzən məzənnə rejiminə keçiri təhlil edən ekspert deyir ki, Elman Rüstəmov fevral devalvasiyasından sonra ötən 10 ay ərzində ölkədən valyuta axınının qarşısını almaq üçün heç nə etmədi, əksinə bankların açıq valyuta mövqeyi limitini ləğv etdi və növbəti devalvasiya üçün tam şərait yaratdı, digər səhv qərarlar verdi, Mərkəzi Bank nəzdindəki Maliyyə Monitorinqi Xidməti ölkədən valyutanın qaçırılmasına mane olmadı:

"Həm fevral devalvasiyasından sonra demişdim, həm də bugünkü devalvasiyadan sonra da deyirəm: devalvasiya qaçılmaz idi və ilk növbədə, Azərbaycandan asılı olmayan faktorların nəticəsidir. Bu il ərizndə əksər ölkələrin milli valyutası devalvasiyaya məruz qalıb. Lakin heç yerdə əhali və sahibkarlar bizdəki kimi devalvasiyadan belə ağır zərər çəkməyib. Bunun günahkarı Mərkəzi Bankın mövcud rəhbərliyidir.
Demişəm və deyirəm: Elman Rüstəmov təsadüfi və savadsız kadrdır (bunu dəfələrlə əsaslandırmışam). Prezidentin gözündən pərdə asmaq üçün (guya manatımız sabitdir və s.) illər boyu ölkəmiz üçün səhv və zərərli pul siyasəti həyata keçirib, banklara çox pis nəzarət edib. Bunun nəticəsində Azərbaycanın valyuta ehtiyatları əriyib, əhali və sahibkarlar dollar krediti bataqlığına düşüb".

Əkrəm Həsənov deyir ki, ölkədə normal bank sistemi yoxdur: "Yalnız Mərkəzi Bankın rəhbərliyinin kommersiya banklarının sahibləri və rəhbərliyi ilə sıx qohumluq və dostluq əlaqələri var. Belə bank sisteminin nə demək olduğunu yaxında hamımız görəcəyik: o çökəcək! Bankların əksəriyyəti müflis olacaq. Amma zərər çəkən bank sahibləri və rəhbərləri deyil (onlar pullarını vaxtında götürüb qaçacaq), sıravi əmanətçilər olacaq. Buna görə də üzümü, ilk növbədə, əmanətçilərə tuturam: sonra deməyin ki, sizi xəbərdar etməmişdilər, ehtiyatlı olun, pulunuzu kimə etibar etməyinizin fərqində olun.
Lakin ən ağır vəziyyətə təbii ki, kredit təşkilatlarına dollar borcu olanlardır. Onların borcu daha da artdı. Mərkəzi Bank onların problemini həll etmədi, kreditlər manata çevrilmədi. Konstitusiya Məhkəməsinin may qərarı icra olunmadı: banklar əhaliyə güzəştə getmədi. Ümumiyyətlə, heç nə edilmədi. Çünki Azərbaycanda faktiki olaraq Mərkəzi Bank və bank nəzarəti yoxdur!
Banklar bundan sonra daha da azğınlaşacaq borclulara qarşı. Borclular nə etməlidir? Əvvəla, birləşməlidirlər! Haqlarını tələb etməlidirlər! Bunun yollarını dəfələrlə göstərmişəm. Bundan sonra bu sahədəki fəaliyyətimi daha da genişləndirəcəyəm".

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti