|
Masallı rayonunun Təklə kəndi suyun içində qalıb.
Kənd sakinlərinin Teleqraf.az-a verdikləri məlumata görə , Tatyan çay və Göytəpə çayının kənarında olan mühafizə bəndinin dağılması nəticəsində 40 ailənin yaşadığı kənd məhəlləsi tamamilə suyun içində qalıb. Son üç ayda ikinci dəfədir ki, kəndin su içində qaldığını deyən sakinlər onu da bildiriblər ki, dəfələrlə Masallı rayon icra hakimiyyətinindən və Fövqaladə hallar nazirliyindən kömək istəsələr də, aidiyyəti qurumlar onların taleinə biganə qalıblar.
Kənd sakinləri daha sonra bildiriblər ki, iki saat yağan yağış çayları bu qədər daşdıra bilməzdi: ”Çayın üzərində bənd var və orda balıq saxlayırlar. Bəndin suyu artanda özləri suyu azaltmaq üçün bəndin qarşısını açırlar və kəndimiz də bu faciələri yaşayır.”