Laçın rayonundan məcburi köçkün Müqabil Baxışov Laçın rayonunun icra başçısı Akif Səlimovdan Teleqraf.az vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edirik:

“Xeyli vaxtdır ki, Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Səlimov cənablarının zülmündən yuxarı orqanlara və KİV-lərə çoxsaylı müraciətlər edirəm. Çox təssüf ki, aidiyyatı dövlət orqanları rayonumuzda baş verən korrupsiya əməllərinə,  ədalətsizliklərə, özbaşnalıqlara göz yummaqda davam edir.Hətda korrupsiyaya uğramış hər hansı məmurun işdən azad edilməsi rayon sakinləri tərəfindən israr edildikdə A.Səlimov cənablarının "qayğıkeşliyi" sayəsində işdən azad edilmiş rəhbərin digər bir ailə üzvü  həmin posta təyinat ala bilir.Bir sözlə dolayı yollarla dövlət büdcəsini qarət etməkdə mahir olan şəxlərə A.Səlimov xüsusi qayğı və diqqət göstərir.  Şikayət ərizələrimdə göstərdiyim korrupsiya faktları rayon prokurorluğunda öz təsdiqini tapsada cinayət əməlini torətmiş şəxlərə  gözün üstə qaşın var deyən tapılmır. Əksinə Dövlət büdcəsini qarət edənləri ifşa etdiyim üçün A.Səlimov cənablarının qəzəbinə düçar olmuşam. A.Səlimov cənabları məndən qisas almaq üçn bütün riçaklarını işə salaraq var gücüylə məni və yaxınlarımı  iqtisa sanksiyaların burulğanında boğmaqda davam edir. Düçar olduğum bu çətin vəziyyətdə bir çox yüksək çinli məmurlarda A,Səlimov cənablarına öz dəstəyini əsirgəmir. Rayonumuzda yaranmış eybəcər mühütdən  Prezident Admistrasiyasına şikayət edərək pozulmuş hüquqlarımın bərpa edilməsini və rayonumuzdakı korrup siya mühütünün qarşısının alınmasın xahiş etmişdim. Bununla əlaqədər olaraq Preziden Aparatında kurator Ağəli müəllimin qəbulunda olub rayonumuzda baş verənləri rəhbərliyə çatdırmasını xahiş etdim. Bundan sonra A.Səlimov məni qəbul edib bildirdi ki,  səni işlə təmin edirəm izahat yazkı iş yerimə bərpa edildim.Bu haqda İcra Hakimiyyətinin Ümumi şöbə müdiri E.Qasımov izahatımı alıb Prezident Admistrasiyasına göndərdi. Lakin iki ay keçməsinə baxmayaraq hələdə  A.Səlimov bizə tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etməyib. Hörmətli Agentlik A.Səlimov taleyimizin ən amansız və ən dəhşətlərini günləri, hətda mənfur ermənilər tərəfindən yurd-yuvamız işğal olunduğu dövrdən də betər günlər bizə yaşatmaqdadır. Odur ki, sizin portalınız vastəsi ilə Azərbaycan Respublikasının Möhtərərm  Prezidenti İ.Əliyev cənablarından bir daha köməklik istəyirəm.

Cənab Prezident!

Laçın Rayon İcra Hakimiyyətinin Başçısı A.Səlimovun üç illik fəaliyyəti dövründə rayonun idarə və müəssisələri təftiş edilərsə korrupsiyanın pik həddə çatdığının aşkar ediləcəyinə heç şübhəm yoxdur. Rayonun bütün idarə və müəsisələri A.Səlimovun şəxsi biznes sahəsinə çevrilib. Özbaşnalıq hakim kəsilib. Rayonda bütün vəzifələr hərraca çıxarılmaqla qabiliyyətsiz, lakin pullu biznesmenlərə satılır. A.Səlimovun pula hərisliyi rayonun bütün idarə və müəssisələrini iflic edib. Maliyyə Nazirliyi tərəfindən komisya ayrılmasına və iştirakım təmin olunmaqla rayonun idarə və müəsisələrinin təftiş edilməsinə dair Maliyyə Nazirliyinə göstəriş verməyinizi  sizdən çox acizanə xahiş edirəm. Əgər iştirakım təmin olunarsa dövlət büdcəsindən qoparılmış millyonların dövlət büdcəsinə qaytarılacaqına və rayonumuzdakı şah rejiminin sonu olacaqına inanıram.

Laçın Rayonun Şeylanlı kəndindən məcburi köçkün, A.Səlimov zülmündən qaçqınlıq təki dəhşətli bir bəlanın astanasında dayanmış Baxışov Müqabil Baxış oğlu.”

P.S. Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti