|
Baş prokuror Zakir Qaralov Hacıqabulda 5 rayonun sakinləri ilə görüş keçirəcək.
Baş Prokurorluqdan Teleqraf.az-a verilən məlumata görə, qəbul noyabrın 13-də saat 11:00-da Hacıqabul Prokurorluğunun inzibati binasında baş tutacaq. Baş prokuror Şirvan şəhəri, Hacıqabul, Sabirabad, Salyan və Saatlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Hacıqabul şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.