Son zamanlar maaşların gecikdirilməsi ilə bağlı şikayətlər gəlir. "Azadlıq" radiosunun məlumatına görə, bir sıra nazirlik və komitələrdə maaşların azaldılmasına başlanılıb, bununla bağlı bəzi qurumlar işçilərinə xəbərdarlıq da edib. Xüsusən də «paket» maaşlar ləğv edilib. Bundan başqa, 6 gün işləyən bəzi dövlət qurumları 5-günlük iş rejiminə keçməyi və iş saatlarını da azaltmağı planlaşdırırlar.

 Milli təhlükəsizlik naziri Eldar Mahmudov istefaya göndərilməzdən bir neçə gün öncə işçilərinə «sürpriz» edib: maaşları azaldıb. Bəzi işçilərsə az maaşla işləməkdənsə, təqaüdə çıxmağa üstünlük veriblər.

Rabitə və Yüksək İnformasiya Texnologiyaları Nazirliyinin bir sıra qurumları da maaşları azaldıb. Özü də yayın ortalarından.

Bəzi qurumlar işçilərini rahat iş şəraitindən məhrum etməkdən belə çəkinmirlər: xidməti avtomobilləri, sıravi işçilərin daşınması üçün nəzərdə tutulan avtobusları ixtisara salırlar.

Dövlət qurumlarından birində çalışan Feyziyyə Aslanova deyir ki, yüksək maaşına güvənərək ipotekayla ev alıb. Amma maaşının yarıbayarı azaldılmasına görə indi çətin duruma düşüb.

«Bankla danışaraq problemi yoluna qoymaq istədim. Alınmadı. Dedilər ki, «biz də böhranla üzləşmişik, ipotekanı verə bilmirsinizsə, evi satın, həm sizə rahat, həm də bizə»... Evi satım, bəs harada qalım? Küçədə? İki uşaqla? Hələ beş ilimiz var, mən nə qədər uşağımın boğazından, əynindən-başından kəsib ipoteka ödəyə bilərəm? Özü də uşaqlar böyüyür, böyüdükcə xərcləri artır. Bu neçə ildə qazancımız bir ev idi, indi o da əlimizdən çıxır»- deyir Feyziyyə Aslanova.

Məsələ təkcə maaşların azalması ilə bitmir. Maaşlar həm də gecikdirilir. Bir neçə gün öncə Emin Əzizbəyli "Azadlıq" radiosuna yazıb: «Salam, bu «Azərenerji»də işləyənlərin maaşlarını niyə vermirlər? Bizim rayonda çox yerdə maaşları gecikdirirlər, Qəbələdə».

Daha sonra Emin Əzizbəyli ilə əlaqə saxladıqda bildirib ki, «Azərenerji»də işləyən atasıdır: «Keçən ayın maaşını hələ də verməyiblər. Həmişə ayın 20-25-i arası verirdilər, amma oktyabr yarıdan keçib, maaşdan xəbər yoxdur».

«Azərenerji» ASC-nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev report.az-a deyib ki, əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

Ə.Baxşəliyev işçilərin əmək haqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: «Maliyyə çətinliyi tək bizdə deyil, hamıda var. Gələn həftə bütün əmək haqları tam ödəniləcək».

İqtisadçı Natiq Cəfərli deyir ki, gecikmələr iqtisadi böhranın göstəricisidir: «Büdcə ayırmalarındaazalmalar gedir. Bəzi layihələr dayandırılıb. Bundan başqa, bir sıra dövlət qurumlarına dotasiyaları gələn il minimuma endirməyi düşünürlər. «Azərenerji» kimi böyük qurumlar qeyri-effektiv idarə olunduğundan, xərcləmələrini qeyri-effektiv idarə etdiklərindən bu tipli şəraitdə böhranla daha tez üzləşirlər. Başqa şirkətlərdəsə fərqli problemlər üzə çıxıb, dövlət sifarişini yerinə yetirdikləri halda pul ala bilmirlər. Onlarla belə şirkət var. Neft gəlirlərinin azalması zəncirvarı reaksiyaya səbəb olur, bu da iqtisadiyyatın bütün sahələrinə, həm dövlət, həm də özəl sektora təsirini göstərir».

Natiq Cəfərlinin fikrincə, 2016-cı il çox ağır il olacaq: «Hətta dövlət büdcəsinin ilkin layihəsində xərcləmələrin 4 milyard manat azaldılması proqnozlaşdırılır və artıq bu, büdcədə belə nəzərdə tutulub. Bir milyard manat 140-160 min iş yeri deməkdir. Bu, kəsirlərsə dövlət qurumlarında ixtisarları proqnozlaşdırmağa əsas verir. Özəl sektorda da xərcləri azaltmaq üçün ixtisarlara gedirlər. Pərakəndə satışla məşğul olan şirkətlər belə ofislərini, dükanlarını qapatmağa məcburdurlar».

Natiq Cəfərli deyir ki, idarəetmə sistemində həm siyasi, həm də iqtisadi islahatlar aparılmasa, idarəolunmaz vəziyyət yaranacaq.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti