|
Goranboy rayonuna güclü leysan yağıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə saat 03.40 radələrində Goranboyda yağan güclü leysan rayon ərazisindən axan Qaraçay çayında suyun səviyyəsini 4 metrədək artırıb. Rayonun Veyisli, Safıkürd kəndlərində yaşayış evlərinin zirzəmilərinə su dolub. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elçin Cahangirovun verdiyi məlumata görə, gecə saatlarında rayonun bütün qüvvələri səfərbər edilib, çayda daşqının qarşısı alınıb.
E. Cahangirov bildirib ki, güclü leysan nəticəsində evlərin zirzəmisinə dolan su FHN-in yerli qurumlarının iştirakı ilə təmizlənib.
Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.