|
Gədəbəy rayonunda qeyri-adi hadisə baş verib.
Teleqraf.az-a Gədəbəy rayon sakinlərindən birinin verdiyi məlumata görə, kənd sakinlərindən birinin inəyi yol keçərkən Heydər Əliyevin yol kənarında olan portretinə toxunub. Buna görə də inəyi polisin keçmiş zirzəmisinə salaraq həbs ediblər. 9 gündür ki, inək zirzəmidə ac saxlanılır. Heyvanın sahibi icra hakimiyyətinə gedərək cəriməni ödəyəcəyini desədə, rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov inəyi şəkilə toxunduğuna görə işgəncə ilə öldürəcəyini deyib. İnəyin sahibinə son cavab isə bu olub ki, hazırda rayon məhkəməsinin işi çoxdur, növbə buna çatanda nə qərar versə o da olacaq.