|
Bakıda dayanacaqdan kənar saxladığına və digər qaydaları pozduğuna görə 200-ə yaxın sərnişin avtobusu cərimə meydançasına salınıb.
BAKU.WS-in məlumatına görə, son bir həftə ərzində 16 məntəqədə reydlər keçirilib. Keçirilən reydlər zamanı paytaxtın ən çox dayanacaq kimi istifadə edilən yerləri müəyyənləşib. Həmin yerlərdə qanunla dayanacaq olmadığı üçün orada avtobus saxlamaq qəti qadağan edilib.
BAKU.WS sərnişinlərin nəzərinə çatdırır ki, aşağıdakı ərazilərdə avtobusların saxlanması qəti qadağan edilib:
"Nizami” metrosu yaxınlığında, 2 saylı qadın məsləhətxanasının qarşısı (köhnə Qubanov küçəsində)
"Koala” parkın yanı,
"Elmlər Akademiyası”na çatmamış küçə,
"Space” Tv-nin qarşısı,
Yasamal rayonu, "Favorit” marketin qarşısı,
Badamdar yolu,
"Semaşko” xəstəxanasının qarşısı,
Azadlıq prospekti, "Gənclik” metrosuna tərəf döngənin qarşısı,
Səməd Vurğun küçəsi,
"Təzə bazar”ın yaxınlığında,
Nizami rayonu, Qara Qarayev prospekti.
Xırdalan postunun yaxınlığı.
Biləcəri döngəsi.
Rəsulzadə körpüsü.
Biləcəri körpüsü,
"Şamaxınka” adlanan ərazi.