87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat, Mərkəzi Univermağın (MUM) rəhbəri Ərəstun Cavadovun yenidən deputatlığa namizədliyini irəli sürməsi Ağsu rayonunda əhalini qəzəbləndirib.

Bu barədə Xalqxeber.Az-a Ağsudan bir qrup rayon sakinləri məlumat veriblər. Rayon sakinləri qeyd edirlər ki, əhalinin Ərəstun Cavadovun yenidən namizədliyini verməsindən qəzəblənmələri əsaslıdır: "Ərəstun Cavadov 2005-ci ildə və 2010-cu ildə Ağsu rayonunun deputatı olduqdan sonra rayonda yerli əhalinin, fermerlərin, iş adamlarının günü qara olub. Belə ki, Ərəstun Cavadov MUM-dan əldə etdiyi milyonlarla kifayətlənməyərək rayonun icra başçısı ilə birləşib Ağsuda bir çox biznes sahələrini ələ keçirib. Obyektini ucuz qiymətə satmaqdan imtina edən sahibkarları vergi və digər orqanların əli ilə müflisləşdirib. Çıxılmaz duruma düşən sahibkar görəndə ki, obyektini işlətməsi mümkün deyil, Ərəstun Cavadov-icra başçısı cütlüyünün təklifinə razılaşmalı olub. Rayondakı ticarət, iaşə obyektlərinin əksəriyyəti bu beş ildə faktiki olaraq bu şəkildə Ərəstun Cavadovla, icra başçısının nəzarətinə keçib”. Xalqxeber.Az xəbər verir ki, təkcə müəssisələri, ticarət obyektlərini deyil, əhalinin, fermerlərin üzüm plantasiyalarını da zorla ələ keçirən deputat-icra başçısı cütlüyü Ağsu əhalisini çörəklə imtahana çəkir. Artıq elə vəziyyət yaranıb ki, əhali hökumətə qarşı üsyanın bir addımlığındadır: "Üzüm plantasiyası, ticarət obyekti əlindən alınan yüzlərlə ailə artıq əlində olan-qalan vəsaitini də yeyib qurtarıb. Ona görə də artıq faktiki olaraq çörəyə möhtac vəziyyətə gəlib düşüblər. Balası ac qalan valideyn isə məlumdur ki, hər dəqiqə üsyana qalxa bilər. Bu gün Ağsu rayonunda minlərlə valideyn bu vəziyyətdədir. Camaatın səbir kasası dolub. Artıq Ağsuda yaşamaq mümkün deyil. Onlar ölkə rəhbərliyinin onları Ərəstun Cavadov-Ənvər Seyidəliyev cütlüyündən tezliklə xilas edəcəyini gözləyirlər. Faktiki olaraq bu iki şəxs Ağsu əhalisində hakimiyyətə də qəzəb yaradıblar. Bu qəzəb getdikcə artır. Hakimiyyət tezliklə tədbir görməsə, inanın ki, Ərəstun Cavadovla icra başıçısı Ağsuda böyük üsyanın alovlanmasına səbəb olacaqlar. Əhali eşidəndə ki, Ərəstun Cavadov yenə də deputatlığa namizədliyini verib narazılıq bir qədər də şiddətlənib”. Rayon sakinləri xüsusilə qeyd edirlər ki, 2010-cu ildə keçirilən parlament seçkilərində də Ə.Cavadovun əhalidən imza toplamayıb: İcra başçısının göstərişi ilə ona lazım olan sayda vətəndaşın şəxsiyyət vəsiqələrindəki göstəriciləri imza vərəqələrinə köçürüb DSK-lara veriblər. DSK-lar isə icra hakimiyyətindən gələn əmrə müntəzir olaraq onu qeydə alıblar. O, əslində saxta namizəddir. Ağsu əhalisi daha beş il bu fəlakəti yaşamaq istəmir. Azərbaycan prezidenti İlham Əliyevə bunun üçün müraciət göndəriləcək”. Redaksiyamıza başqa bir mənbədən verilən məlumatlarda isə bildirilir ki, Ərəstun Cavadov Mərkəzi Univermağın rəhbəri kimi də qanun pozuntularına yol verib. Onun ölkənin qızıl bazarının inhisara almasından, saxta materialdan zərgərlik məmulatları hazırlayan zərgərlik sexlərinin olmasından, aylıq dövriyyəsi milyon manatlarla ölçülən MUM-ın dövlət büdcəsinə vergi olaraq nə qədər vəsait ödədiyindən, vergidən hansı maxinasiyalarla yayınmalardan, MUM-da işləyənlərin hansı şərtlərlə işlədildiyindən faktlara əsaslanan söz açılır. Daha bir məlumatda isə bildirilir ki, Ərəstun Cavadov Əli İnsanova son dərəcə yaxın olan və hazırda deputat mandatı daşıyan məşhur bir şəxslə keçmiş əlaqələrini hələ də davam etdirir.

Ə.Cavadovun deyilənlərlə bağlı mövqeyini dərc etməyə hazırıq.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti