Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsində sepi sökülüb satılan traktorlar özəl yanacaq doldurma məntəqəsinə “xizəklə gedirlər”

Ağstafa meşə mühafizəsi və bərpası müəssisəsinin sabiq direktoru Fəzail Məmmədhəsənovun işindən kənarlaşdırılması rayonun meşələri üçün heç də uğurlu önəm kəsb etmədi. 

Hesaba gəlməz dərəcədə meşə qırğınına şərait yaradan, hətta fermaya qədər tikdirən, yaşadığı Qovlar şəhərinin İbrahimhacılı kəndində odunla bişirilən çörək sexinə kimi açan sabiq direktor, yalnız başının “sığallanması” ilə işindən kənarlaşdırıldı. Bir neçə aydır ki, onun yerinə sabiq direktorun dövründə meşə mühafizəsi və bərpası müəssisəsində müfəttiş vəzifəsini aparan Musa Vəliyev təyin edildi. Qəribədir, həmişə direktorun meşələrə “divan” tutmasını gizlədən, 4000 hektar ərazisi olan Ağstafa meşələrini ildə 7-8 dəfə yoxlayan və saxta aktlar tərtib etməklə dövləti aldadan müfəttiş Musa Vəliyev necə ola bilər ki, direktor olar? Çünki, direktorla müfəttiş eyni məsuliyyət sahibidirləır. 

Bu barədə Mediaxeberleri.az-a rayondakı mənbənin verdiyi məlumata görə, Musa Vəliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerlərdə apadığı yoxlamalara danışan adamdır. Məsələn onun deiklərindən: “Tez-tez nazirlik tərəfindən əsassız yoxlamalrın gəlməsi, bəzi öhdəliklər qoyması meşələri məhvə aparır. Məvaciblə başa gəlinəsi deyil. Bir az əvvəl departament müfəttişləri yoxlamalar apardılar, xahiş-minnətdən sonra, müxtəlif növdə 60 min manat cərimələr yazıldı. Hələ, borcu-xərci demirəm”.

Musa Vəliyevin dediklərindən belə çıxır ki, guya nazirliyin departament rəisi Şakir İsmayılov meşə müəssisə direktorlarına göz verib, işıq vermir. 

Ağstafa meşəçiliyinin “Qızıl Ulğun” adlanan meşə sahəsi Kür qırağı Tuqay meşəliyidir. 1600 hektar meşəlik boyu 14 yataq qurulmuşdur. Yataqlar meşəlikdən 30 - 40 metr aralıdır. Hər yataqda faktiki 200 başa qədər qoyun, 50-80 baş iri buynuzlu var. Həmin heyvanlar meşəlikdə otlayır. Sabiq direktor hər yataq sahibindən ildə 600 manat alsa da, hazırkı direktor Musa Vəliyev bu rəqəmi 1000 manata qaldırdığından giley-güzar yaranıb. Açıqça hiss olunur ki, Tuqay meşəliyində təbii bərpadan söhbət gedə bilməz. İnandırıcı deyil ki, əvvəllər mühafizə müfəttişi işləyən Musa Vəliyevin Tuqay meşəliyindəki talançılıqdan xəbəri olmamış olsun... Axı, Ağstafanın 2 saylı dolayı meşəçiliyində Musa Vəliyev 2 ildə 11 dəfə yoxlama aparmışdır. Yazılmış aktlar deyilənləri sübut edir. Maraqlı məqam odur ki, Kür qırağı Tuqay meşəliyinin meşə bəyi 130 km aralıda qonşu rayonda yaşayır.

Mediaxeberleri.az bildirir ki, rayonun “Soyuq Bulaq” meşəliyinin sahəsi isə 1200 hektardır. Burada da da təbii bərpadan söhbət gedə bilməz. Həmin meşəlik örüş sahəsini xatırladır. Hətta, meşə boşluğu olan sahələrdn əkinçilik kimi istifadə olunur. Hazırda 30 hektara yaxın süpürgə əkilmişdir və davam edir.

2011-2014-cü illərdə kağız üzərində 200 hektar meşə salınması göstərilsə də, 5 hektar müşahidə edə bilmişik. Meşə bəyi həmin 200 hektarı Musa Vəliyevdən soruşmağımızı məsləhət bildi. Demək, 200 hektar sahəyə də kağız üzərində qulluq göstərilməklə külli miqdarda vəsait mənimsənilmişdir.
Müəssisənin 6 ədəd traktoru, 6 ədəd avtomobili olsa da, texnikaların qiymətli hissələri sökülüb satıldığından, texnikaların qalan hissələri xəlvət bir küncə atılımışdır. Texnikalar 3 ildir ki, kağız üzərində hərəkət etməkdədir. Ehtiyyat hissələri üçün üçün ayrılan vəsaitlər mənimsənilir. Onlar üçün ayrılmış benzin, dizel yanacaqları özəl yanacaq doldurma məntəqəsi vasitəsi ilə nəğd pula çevrilir. 13 texnikası olan müəssisənin adicə, 100 litrlik yanacaq çəni yoxdursa, deməli məsələ aydındır. Sepli traktorların yanacaq məntəqəsinə getməsi ən azından gülünc olardı. Həmin traktorların sepləri də satılmışdır. Belə çıxır ki, həmin sepi sökülüb satılan traktorlar özəl yanacaq doldurma məntəqəsinə “xizəklə gedirlər”.

... Kollegiyanın qərarı ilə 8 nəfər işini itirməli olduğu halada, Musa Vəliyev həmin şəxslərin qohum-əqrabasını işə götürmüşdür. Əmrdə işçi başqa şəxs olsa da, işi işdən çıxarılmışlar icra edirlər. Bu da səbəbsiz deyil. Çünki, Musa Vəliyev Ağstafa meşəçiliyində bütün maxinasiyaları işdən çıxarılan həmin 8 nəfərlə görüb. 

Araşdırmalarımız davam edir.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti