İtaliyada haqqında film çəkilmiş İkinci Dünya müharibəsinin ünlü qəhrəmanı Tahir İsayevin ev muzeyi uçmaq təhlükəsi qarşısındadır

Tahir İsayev Qazax rayonunun Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açıb. 1942-ci ildə müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşüb. Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək, Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olub.

 Döyüş yoldaşları “Serafino” adını ona atası İsrafilin adına uyğun olaraq, veribər. O, "Fiamma Verdi" beynəlmiləl briqadasında italyanlar, fransızlar, ingilislər və ruslarla çiyin-çiyinə vuruşub. Həmyerlimiz leytenant Serafino 1945-ci ilin 25 aprelində Milan şəhərinin faşistlərdən təmizlənməsi üsyanında qəhrəmanlıq göstərib. O, Mehdi Hüseynzadə, Mirdamət Seyidov kimi Adriatik dənizi sahillərində qəhrəmanlıq, yenilməz şücaət nümayiş etdirib.

Onun döşünü İtaliyanın ən yüksək qəhrəmanlıq rəmzləri olan “Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori” ordenləri, ümumən 36 orden və medal, o cümlədən İtaliyanın 12 dövlət mükafatı bəzəyib. 1945-ci ildən Milan şəhərinin fəxri vətəndaşı olub. T.İsayev alman və italiyan dillərini gözəl mənimsəyib.

Əfsanəvi “Serafino” İtliyanın Milli Qəhrəmanıdır. Tahir İsayev haqqında İtaliyada 1974-ci ildə "Onun adı Serafino idi" adlı film çəkilib. Şıxlı kəndində olan muzeydə onun haqqında geniş material var. O, 2001-ci ildə dünyasını dəyişib.

*****

Bu günlərdə Tahir İsayevin doğulduğu kəndə baş çəkdik. Öncə şair Molla Vəli Vidadinin qəbrinin yaxınlığında yerləşən qəbirüstü abidəsini ziyarət etdik. Vəfatından sonra düzəldilən məzar, hazırda uçmaq təhlükəsi ilə üz-üzədir. Dəfələrlə yerli dövlət strukturlarına, rayon ictimaiyyətinə yazılsa da, qəbrin təmiri üçün heç bir tədbir görülməyib. 15 illik həyat yoldaşı Cəvahir xanımın dediyinə görə, qəbrin üzərindəki tunc abidəni də T.İsayev özü sağlığında düzəltdirib. Əvvəl Qazax Dövlət Tarix muzeyində imiş, ölümündən sonra gətirib, qəbri üstünə qoyublar.

“O boyda Tahirin qədrini bilən yoxdu, bu ölkədə... Əvvəllər yenə İtaliya hökümətindən gəlib-gedən olurdu. Unutmurdular. Gürcüstana beynəlxalq tədbirlərə tərcüməçi kimi aparırdılar, onu... Dünyasını dəyişəndən sonra onun adını tutan yoxdur. Məzarı bərbad gündə, hazırda onun adını daşıyan muzey kimi fəaliyyət göstərən evi isə baxımsız vəziyyətdədir. Tək adamam neyləyim, öhdəsindən gələ bilmirəm. Ekspanatlar demək olar, sıradan çıxmaq üzrədir. Bununla bağlı bütün əlaqədar dövlət strukturlarına müraciət etmişəm. Di gəl, səsimə səs verən yoxdur. Hər dəfə söz verirlər ki, gələcəyik, düzəldəcəyik, amma elə deyilən, söz olaraq da qalır. Elə bil dünya bərqərar olandan bu adda, bu isimdə bir kimsə olmayıb, yer üzündə... Artıq mən də onu ziyarətə getmək istəmirəm ki, birdən qalxıb deyər, bu nədir, mənim qəbrimi niyə bu gündə saxlayıbsan? Nə cavab verəcəm, o zaman..? Üzüm gəlmir. Utanıram”.

Cəvahir xanım bizi evin dörd tərəfinə dolandırıb, T.İsayevlə bağlı əşyalarla tanış etdi. Otaqdakı hər bir əşyaya toxununca, Tahir İsayevdən bir xatirə, bir əhvalat, bir iz ağlına düşdüyünü deyən xanımın danışdıqca səsi titrəyir, ürəyi çırpınırdı:

 

“Tahir bu cür diqqətsizliyə layiq əməl törətməyib. İtalyada partizanlara qoşulub. Canıyla, qanıyla döyüşüb. Böyük qəhrəmanlıqlar göstərib. Amma indi heç onun adını anan da yoxdur. Düzdür, siz gəlmisiniz. Özgələri də gəlir, gedir. Yazırlar, pozurlar... Çi fayda... Dövlət tərəfindən diqqət, qayğı görmürük. İtaliya höküməti də kişinin sağlığında yaxşı köməklik edirdi. İndi isə elə bil birdən-birə yaddan çıxdı, dağ boyda adam... Mən qoca arvadam. Özüm üçün heç nə istəmirəm. O rəhmətliyin xatirəsinin qorunub-saxlanması, adının hər daim əziz tutulması üçün çalışıram. Sovet hakimiyyəti dağıldı deyə, qəhrəmanlarımızı da unudası deyilik, ha..! Onlar da bu günümüz üçün döyüşüblər”.

O, evin uçmaq üzrə olan divarlarını göstərib, ürək yanğısıyla vəziyyəti başa salmağa çalışırdı. Tavandakı və divarların küncündəki çatlar otağa girən kimi diqqəti cəlb edir:

“Görürsənmi, çatları..? Yatmağa belə qorxuram. Qorxuram ki, ev uça qalam daşların, taxtaların altında, hayıma yetən olmaya... Ekspanatlar da məhv ola, gedə...”

*****

Bitib, tükənməyən problemləri dinləyəndən sonra qəhrəmanın bir insan kimi necə xasiyyətə malik olduğunu, müharibə qurtarandan sonra onunla yaşadığı illərdə nəylə məşğuı olduğunu sual etdik, xanımına...

“Mən onun birinci həyat yoldaşı deyiləm. Amma 15 il bir yerdə yaşamışıq. Ağır xəstə olan vaxtlarında onun qulluğunda mən durmuşam. Çox yaxşı adamıydı. Yerişini, duruşunu, oturuşunu, danışığını bilən adamıydı. Düzdür, onuncu sinif qurtarmışdı, amma çox savadlı, dərrakəli biriydi. Daim kitab oxuyurdu. Ara-sıra şeir də yazırdı”.

O, T.İsayevin istedadına tədbirlərin birində mərhum prezident Heydər Əliyevin də yüksək qiymət verdiyini diqqətimizə çatdırdı:

“Rəhmətlik H.Əliyev də o zaman Mərkəzi Komitədə olanda bunu yanına çağırtdırıb ki, sənin adın bütün dünyaya yayılıb, niyə bizim xəbərimiz yoxdur? İndiyə kimi niyə dövlətin diqqətindən kənarda qalıbsan? O da cavabında bildirib ki, dövlət qovladı, mən də getdim. Bu uzun söhbətin mövzusudur... Amma ölkənin birincisi təkrar sual verib ki, de görüm, sən nə etmisən ki, dövlət səni hər şeydən uzaq salıb? O da qayıdıb ki, bir dəftər qələm verin, yazım. Dil ilə deyə bilməyəcəm. Özü deyirdi ki, orda yazdığım şeirləri oxuyandan sonra qalxdı, bir də mənimlə salamlaşdı. Dedi ki, doğrudan da qazaxlısan... Həmən şeirlər indi də durur...”

*****

Sonda Cəvahir xanım onu da bildirdi ki, əgər bu dəfə də ya Azərbaycan, ya da İtaliya dövlətindən səsinə səs verilməsə, Tahir İsayevin ev muzeyi və qəbirüstü abidəsi bərpa olunmasa, Gürcüstan dövlətinə müraciət edəcək ki, barı onlarsa da rəhmətliyin ruhunu şad etsinlər:

“...Əslinə qalanda özünün sözüdür. İndi mən davam edirəm. Bu adama ki, belə laqeyd yanaşırlar, heç bir müraciətimə baxmayaraq, evini və qəbirüstü abidəsini təmir etmirlər, mən bir dəfə də ölkə başçısına, yerli məmurlara xəbərdarlıq edib, Gürcüstan dövlətindən yardım istəyəcəm. Yəqin heç olmasa, onlar bir tədbir tökərlər. Belə olmaz. Tahirin adı batmamalıdır. Ona görə ki, biz müharibə şəraitində yaşayırıq. Ona olunan bu hörmətsizliyi görüb, hansı ana öz övladını döyüşə, güllənin qabağına göndərər? Məncə heç kim... Buna görə də, hər bir qəhrəmana, qaziyə, şəhidə maksimum dərəcədə diqqət qayğı lazımdır: həm sağlığında, həm də ölümündən sonra...”

Hikmət Carçılı Orhun,

Qazax


Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti