“Bu iş həll edilməsə, özümü yandıracağam”

Lerik rayon sakini Eldəniz Quliyev Teleqraf.az-a yazaraq 60 sot torpağının icra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov tərəfindən zorla alındığını bildirir:

Teleqraf.az-ın xəbərinə görə,  Lerik Rayonu, Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev dövlət qurumlarından kömək istəyib. O bildirib ki, onun 60 sot qanuni sənədi olan həyətyanı sahəsini Lerikin icra başçısı Rövşən Bağırov və rayondan deputat olan İqbal Məmmədov zorla ondan alıblar: “Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər".

Vətəndaş bildirir ki, torpağını zorla əlimizdən alan Lerikin icra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur. O, bununla bağlı dəfələrlə şikayət etdiyini, lakin şikayətlərinin heç bir nəticə vermədiyini iddia edir.

E.Quliyev bildirib ki, məsələni ictimailəşdirəndən sonra deputat İqbal Məmmədov onu təhdid edib: "Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Əvvəllər də bunu etmişəm, amma rayonun deputatı İqbal Məmmədov bir müddət əvvvəl mənimlə telefon əlaqəsi yaradaraq “səni aradan götürərəm” deyə təhdid etdi. Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı – Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər”.

Şikayətçi həmçinin ailəsinin yaşadığı ağır güzərandan və başına gələn müsibətlərdən də danışıb : “15 ailə üzvümüz var. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım – 1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər”.

Vətəndaş həmçinin icra başçısını və deputatın təzyiqlərindən bezərək özünü yandıracağını da istisna etmədi: " Faktiki rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 245 246 247 -ci maddələrini kobud şəkildə pozub, bizim hüquqlarımızı tapdalayıblar. Ailəmizin razılığı olmadan torpaq sahəmizi "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Orada əkdiyimiz taxıl zəmisini texnikanın qabağına verib məhv ediblər. Mənə deyirlər ki, prezidentin sərəncamı var və biz bu ərazini almalıyıq. Amma mənə heç bir kompensasiya ödəmirlər. Əgər bu təzyiqlər davam edərsə, özümü azyaşlı körpələrimin gözü qarşısında İcra Hakmiyiyyətinin qarşında yandıracam. Bizi özümüzü öldürmək həddinə çatdırıblar. Bu məsələdə hər zaman haqq sözünü deyən, hüququ pozulanların arxa-dayağı olan insanlardan, ölkə rəhbərliyindən, mətbuatdan kömək istəyirəm. Xahiş edirəm, 75 yaşlı anamın və körpələrimin ah-naləsini yerdə qoymayın".

Vətəndaşın iddiaları ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti