|
Fövqəladə Hallar Nazirliyi batdığı ehtimal olunan iki nəfərin axtarışına başlayıb.
FHN-dən Teleqraf.az-a verilən məlumata görə, qrumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batdığı ehtimal olunan iki nəfərin axtarışlarına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.