Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyevin qanunsuz əməlləri barədə mətbuatdan bir çox məlumatlar getsə də, görünür onun haqqında ciddi ölçü götürülməyib. Ağadadaş Hacıyev haqqında Teleqraf.az-a şikayət məktubu göndərən Məmmədyaraov Müşviq Sidiq oğlu bildirib ki, onlara məxsuz baytarlıq aptekində dərmanları ucuz satması Ağadadaş Hacıyevin qəzəbinə gəlib.

 Həmin məktubu olduğu kimi təqdim edirik:

Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib öz şəxsi maraqlarına görə qanunsuz və qərəzli olaraq 15 il qanunu fəaliyyət göstərən, 3 ailənin yeganə qazanc yeri olan baytarlıq aptekimizi bağlatdırmışdır. Əsas isə Göyçay rayon Batarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyev qəsdən , qanunsuz olaraq bizə göndəriş vermir ki,  Kənd Təsərrüfatı Nazirliyindən sənədimizi alaq. Səbəb isə odur ki, Göyçay rayon ərazisində fəaliyyət göstərən baytarlıq apteklərinin  Baytarlıq Xidmətinin  rəisi Ağadadaş Hacıyevin inhisarında olmasıdır.Göyçay rayonu R.Rza küçəsi ev 51 həyətyanı sahəsində 20 kvadrat metr sahəsi olan baytarlıq aptekimiz düz 15 ildir ki. qanunu sənədlərlə fəaliyyət göstərirdi. Aptekin direktoru Rəfiqə Abdullayeva  Kənd Təsərrüfatı İnistitutunun Baytarlıq fakultəsini bitirib ixtisasca baytardır. Özüm isə Göyçay 106 saylı Kollecində süni mayalanma texniki kursunu oxumuşam.Aptekimizdə satılan dərmanlar həm yüksək keyfiyyətli , həm də digər apteklərdən ucuzdur.Keçən il Respublika ərazisində mal-qara arasında yayılmış nodulyar dermatit və psendosarkos xəstəliyinə görə biz xəstə mal-qaranı cəmi 15 manat qiyməti olan dərmanla tam müalicə edirdik ki, buda baytarlıq apteklərini inhisara almış və qanunsuz fəaliyyət göstərən  Ağadadaş Hacıyevin qəzəbinə səbəb oldu deyə 2015-ci il üçün Kənd Təsərrüfatı Nazirliyindən sənəd almağımız üçün bizə göndərişi qanunsuz olaraq verməyib fəaliyyətimizi qərəzli olaraq dayandırdı. Qeyd edim ki, Ağadadaş Hacıyevə məxsus Göyçay rayon ərazisində çoxlu sayda baytarlıq apteki var ki, hamısı tam qanunsuz fəaliyyət göstərir.Ağadadaş Hacıyevin Orxan adlı oğlunun adı Göyçay rayon Baytarlıq Xidməti İdarəsində işçi kimi qeyd edilsə də  O, rayon mərkəzində baytarlıq apteki işlədir, ancaq onun baytar ixtisası yoxdur.Göyçay rayonu Nizami küçəsi ərazisində yerləşən baytarlıq aptekini Nuru adlı qaynı işlədir ki, onun da baytarlıq ixtisası yoxdur.Göyçay rayonunda paltar bazarının yaxınlığındakı aptekidə qanunsuz fəaliyyət göstərir.Ağadadaş Hacıyevin qardaşı Qiyasa məxsus olan Göyçay rayonu  R.Rza küçəsi və Kolxoz bazarı ərazisində  yerləşən baytarlıq apteklərində də baytarlıq  ixtisası olmayan şəxslər işləyir  ki, bu ciddi qanun pozuntusudur, saxtakarlıqdır.Qiyas Hacıyevə məxsus Ucar rayonu Müsüslü kəndində yerləşən quşçuluq broylerində antisanitariya, qanunsuzluq baş alıb gedir. Ağadadaş Hacıyevin Rahim adlı qaynına məxsus Göyçay rayonunda qırmızı körpünün yaxınlığındakı ət kombinatında  xəstə mal-qara kəsilərək birbaşa satış nöqtələrinə gətirilir və mğhür də  bazarda vurulur.Hansı ki, qanuna əsasən mal-qara  kəsilərkən elə oradaca labarator analiz edilib, möhür vurulub sonra satış nöqtələrinə paylanmalıdır.Həmin kəsim sexində antisanitariya, mundarçılıq  baş alıb gedir.Bütün bunlar Göyçay Rayon Baytarlıq Xidmətinin rəisi Ağadadaş Hacıyein vəzifə səlahiyyətlərindən sui-istifadə edib yaratdığı korrupsiya şəbəkəsinin nəticəsidir. O, Göyçay rayonunda baytarlıq xidmətini tam inhisarına alıb özbaşınalıqla, saxtakarlıqla məşğuldur ki, bu cinayət əməlidir.Korrupsioner Ağadadaş Hacıyevə məxsus Göyçay rayonunun mərkəzində , Qarabaqqal və Çayarxı kəndlərində möhtəşəm villaları , Konyak zavodun yaxınlığında böyük ticarət obyektini , İsmayıllı rayonunda 1000 başdan çox qoyun sürüsü olan fermasını, 100 hektarlarla torpaq sahələrini  hamısı çirkli pullarla əldə etmişdir. Bütün bu var-dövlətdən gözü doymayan Ağadadaş Hacıyev qanunsuz və qərəzli olaraq baytarlıq aptekimizi bağlatdırıb 3 ailəni çörəksiz qoymuşdur. Şikayətimdə göstərdiyim faktlar yerində  hərtərəfli yoxlanılmalı və ailə podratı ilə baytarlıq xidmətinin fəaliyyətini iflic etmiş , qanunsuz yollarla var-dövlət əldə etmiş Ağadadaş Hacıyevin barəsində qanunu, ciddi və təsirli tədbirlər görülməlidir.Mən bu cinayət əməlləri barədə artıq Prezidentə, Kənd Təsərrüfatı Nazirinə, Səhiyyə Nazirinə, Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisinə,  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə, Respublika Gigiyena və Epedimologiya Mərkəzinə  şikayət ərizələri ilə müraciət etmişəm. Xahiş etmişəm ki,  obyektiv araşdırıb bu korrupsioner məmur barəsində qanunu tədbirlər görsünlər. Əlimdə kifayət qədər subutlarım var, yoxlama zamanı  təqdim edəcəyəm.Bu saxtakar Ağadadaş Hacıyevin qanunsuz fəaliyyəti insanları və mal-qaranın sağlamlığına ciddi təhlükədir.            

Qarşı tərəfin mövqeini dərc etməyə hazırıq

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti