Saatlı rayon Novruzlu kənd sakini Həsənova Mahirə Ramazan qızı Teleqraf.az vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Cənab Prezden! Sizin tərəfinizdən dövlətçiliyimizin inkşaf etməsi, xalqımızın firavan yaşamasından ötrü tədbirlərdə, müşavirələrdə aidiyyatı nazirlik və sturukturlara lazmı göstəriş verməyiniz açıq-aydın hiss olunur. Sizin son tədbirlərdə, ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etməyinizi, ictimaətin fəal olmasını və ictimai nəzarəti alqışlamağınızı xüsusi qeyd etmək istəyirəm. “Toxunulmaz adam yoxdur” Fikriniz mənim kimi sadə insanlarda ruh yüksəkliyi, inam yaradır.

Qeyd etmək istəyirəm ki, “Toxunulmaz adam yoxdur” fikrinizi əsas tutub bildirirəm ki, Saatlı rayonunda hətta “ toxunulmaz ailə” statusunu qazanan ailələr də var. Bu ailələrdən biri də Nağıyevlər ailəsidir. Belə ki, Nağıyevlər ailəsinə Saatlı rayonunda “ gözün üstə qaşın var”deyən yoxdur. Belə ki, Nağıyev Vaqif Saatlı Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsində 20 ildir ki, müdirdir. Özüdə hacıdır. Deyilənlərə görə, şöbəsində işləyən işçilərin bir aylıq əmək haqqı ilə Həc ziyarətinə gedib. Xəstələr üçün yazdığı dərmanlar”şirkət” dərmanlarıdır ki, həmin dərman şirkətindən ona çatacaq müəyyən faiz var və s.

Nağıyeva Nəzakət Nağıyev Vaqifin həyat yoldaşı.

Nağıyeva Nəzakət rayonun mərkəzində yerləşən 5 saylı körpələr evi və uşaq bağçasının 20 ildən çoxdur  ki, müdirəsidir. Deyilənlərə görə, xəstədir, özüdə nəinki Azərbaycanda, Türkiyədə müalicə alır. Allah cəmi xəstələrə şəfa versin. Körpələr evi və uşaq bağçasında uşaqlara verilən qidalara qədər maliyyə saxtakarlıqları və pozuntuları da öz yerində və s.

Nağıyev Fərid Vaqif oğlu, Nağıyevlər ailəsinin yeganə və ərköyün oğludur.  Belə ki, Fərdi Nağıyev valdeyinlərinin “işgüzarlığı” sayəsində Saatlı RİH-də işləməklə iki başçı “yola”salıb. Nağıyevlər ailəsinin evləri Saatlı RİH-i binasının on addımlığında olmasına baxmayaraq ərköyün Nağıyev Saatlı RİH-nə yüz minlik xarici avtomobillə işə gəlib gedir.

Cənab Prezident! sizin Saatlı rayonuna səfəriniz zamanı sizin mühafizə xidməti, bu ailənin qiyməti milyon manatla hesablanan 3 mərtəbəli evində, sizin təhlükəsizliyinizi qorumaq üçün hətta həmin evdə post qurmaq məcburiyyətində qalırlar. Allah evi olmayanlara Nağıyev Vaqifin xəstə uşaqlar üçün baxan evindən qismət etsin ki, kiməsə möhtac olub xəcalət çəkməsinlər. Maraqldır, Nağıyevlər ailəsi hansı proqramdan istifadə ediblər ki,bu cür “işgüzarlığa” nail olublar.  İnanmıram ki, hər bir zəhmətkeş sadə Azərbaycan vətəndaşı həmin Nağıyevlər ailəsinin proqramından istifadə etməsin.

Cənab Prezident! Ictimayyətin bir üzvü kimi nəinki “toxunulmaz adam” hətta “toxunulmaz ailə” haqqnda sizi məlumatlandırdım. Qaldı tədbir və nəzarətə götürülmə. İnanıram ki, sizə etdiyim bu müraciətdən sonra sonra mənə və ailə üzvlərimə hansısa yollarla təziqlər olmasın.

Cənab Prezident! Odur ki, özümün və ailə üzvlərimin təhlükəsizliyinin təmin edilməsini xahiş edirəm.

P.S. Qarşı tərəfin də mövqeini dərc etməyə hazırıq.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti