Azərbaycanda iyul-avqust aylarında gözlənilən quraqlıq bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq. Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev deyib.

Onun sözlərinə görə, bu il gözlənilən quraqlıq bitkilərin yarpaqlarının vaxtından əvvəl qurumasına səbəb olacaq: "Bu da ümumilikdə məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Quraqlıq ilk növbədə hazırda yetişdirilən bostan bitkilərinə, tərəvəzlərə mənfi təsir göstərəcək. Bu hal ümumilikdə bütün meyvələrin məhsuldarlığına mənfi təsir edəcək”.

V.Əliyev qeyd edib ki, quraqlıq dağlıq rayonlarla müqayisədə Aran rayonlarda yetişdirilən bitkilərin məhsulların məhsuldarlığına daha çiddi təsir göstərəcək: "Quraqlığın bitkilərə təsirini azaltmaq üçün isə ilk növbədə suvarma suyunun həcmi artırılmalıdır. Hazırda respublikada su çatışmazlığı mövcuddur, suvarma suyu çatışmır. Suvarma suyu da olmasa, quraqlıq çoxillik bitklər də daxil olmaqla, bütün bitkilərə - tərəvəzə, meyvələrə və dənli bitkilərə mənfi təsir göstərəcək. Tərəvəz məhsulları hər yığımdan sonra suvarılmalıdır. Bunun üçün su ehtiyatı olmalıdır”.

V.Əliyev bildirib ki, çaylarda sululuq azalıb: "Bu da bağların, bostanların suvarılmasında artıq çətinliklər yaradır. Quraqlığın olması fermerlərin məhsul yetişdirməsinə imkan verməyəcək. Onlar əziyyət çəkirlər, amma məhsullarını yetişdirib sata bilməcəyəcəklər. Yetişdirdikləri məhsulun keyfiyyəti isə aşağı olacaq”.

Meyvəçilik təsərrüfatının sahibi, fermer Həsən Həsənov isə Trend-ə bildirib ki, yay meyvələri ilə müqayisədə quraqlıq payız və qış meyvələrinə daha çox təsir edəcək.

Fermer bildirib ki, quraqlıq dövründə bitkilərdə göbələk xəstəliklərinə yoluxma halları azalır: "Amma quraqlıq meyvələrin keyfiyyətini pisləşdirir. Bu səbəbdən də bu il meyvələrin tam böyüməyəcəyi, xırda olacağı gözlənilir".

H.Həsənov hesab edir ki, quraqlıq meyvələrin məhsuldarlığını azaldacağından onların satış qiymətində də bahalaşmanın olması mümkündür.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti