|
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Elmi Şurası professor-müəllim heyətinin vəzifə maaşlarının artırılmasına qərar verib.
Ölkə.Az xəbər verir ki, universitetdən verilən məlumata görə, qərara uyğun olaraq, yeni vəzifə maaşları kafedra müdirləri 1500, professorlar 1300, dosentlər 880, baş müəllimlər 760, müəllim və asissentlər 680, dekan müavinləri üçün isə 1200 manat müəyyən edilib.
Yeni artımlardan sonra universitetin pedoqoji heyəti üzrə orta aylıq əməkhaqqı 985 manat olacaq.