|
AMEA-nın Radiasiya Problemləri İnisitutunun Yarımkeçiricilərin Radiasiya Fizikası laboratoriyasının dokdorantı Əsədov Fərqan Qabil oğlu Teleqraf.az vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadəyə müraciət edib.
Müraciəti olduğu kimi təqdim edirik:
Salam hörmətli redaksiya, mən Əsədov Fərqan Qabil oğlu Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun dokdorantıyam. Azərbaycan Respubilkasının prezidenti zati-aliləri hörmətli İlham Əliyevə və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti böyük alimimiz akademik Akif Əlizadəyə açıq məktubla müraciət etmək istəyirəm. Hörmətli prezidentlər məlumat üçün deməliyəm ki, bizim İnstitut akademiyanın elmi potensialına görə öndə gedən nüfuzlu elm ocaqlarındandır. Bizim İnstitutun 300-ə yaxın böyük kollektivi var. Bu günlərdə aldığımız məlumat insitutumuzun bağlanma təhlükəsi xəbəri bizləri çox həyacanlandırmaqdadır. Bir neçə gündür ki ardıcıl olaraq gəzən şaiələrə əsasən bildirilir ki, insitut bağlanaraq işçilər digər aidiyyatı inisitutlara köçürüləcək. Lakin deməliyik ki, böyük keçmişə malik olan Radiasiya Problemləri İnisitutu- AEA-nın Radiasiya Tədqiqatları Sektoru - SSRİ Dövlət Elm Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı, AEA RH-nin 20 iyun 1969-cu il tarixli qərarları AMEA-nın Radiasiya Problemləri İnstitutu - AR Nazirlər Kabinetinin 81 saylı 21 may 2002-ci il tarixli, AMEA-nın 3 iyun 2002-ci tarixli 13/1 saylı qərarları ilə fəaliyyət göstərir. Azərbaycanın böyük alimi, AMEA-nın eks prezidenti mərhum akademik Mahmud Kərimovun yaratdığı insitutun ləğvi onun ruhuna böyük hörmətsizlik olardı. Bu insitutda onlarla elmlər dokdorları AMEA-nın muxbir üzvləri və elmlər namizədləri var. İnsitutumuzun direktoru hörmətli akademikimiz Adil Qəribovun rəhbərliyi ilə Radisiya problemləri İnisitutu son illər böyük elmi nəticələr əldə etmişdir. İnsituta elmi tədqiqatlar aparmaq üçün Çox saylı priborlar alınmışdır. Azərbaycan Elminin böyük nailiyyəti olan Milli Nüvə Tədqiqatları Mərkəzinin yaranması məhz Radiasiya problemləri inisitutunun elmi potensialından stimul almışdır. İnsitut bağlanarsa çox saylı dokdorantlar və disertantların işi necə olacaq bizlər bu qədər əziyyət çəkmişik gələcək taleyimiz necə olacaq? Radiasiya Problemləri İnsitutunda başda mənim elmi rəhbərim professor Rəhim Mədətov olmaqla nüfuzlu və Azərbaycan elmini daha da irəli apara biləcək elm adamları var. Belə ki, Akademik Adil Qəribov, AMEA-nın muxbir üzvü professor İslam Mustafayev, AMEA-nın muxbir üzvü Mahmud Abdullayev, professor Əsgər Əli Abıyev, professor Müslüm Qurbanov, professor Şiraz Məmmədov, professor Arif Məhərrəmov, professor Rauf Sərdarlı, professor Pərviz Rzayev, professor Oktay Səmədov, professor Elimxan Cəfərov və s. alimləri qeyd etmək olar. Təkcə son bir ildə elmi tutumuna görə sanballı elmi nəticəli 3 nəfər alim elmlər dokdoru üzrə müdafiə etmişdir bunlardan fizika elmlər dokdoru Adil Abdullayev, kimya elmləri dokdoru Teymur Ağayev və fizika elmlər dokdoru Bəxtiyar Nəcəfovu qeyd etmək olar. Bundan başqa onlarla elmlər namizədləri yetişmişdir. Biz gənclər hesab edirik ki, yuxarıda adlarını çəkdiyimiz alimlərimiz institutumuzun taleyi ilə bağlı məsələlərdə seyrçi mövqe sərgiləməyəcəklər beləki onların səsi nüfuzlarına rəğmən yuxarı təşkilatlara daha tez çatmasına əminik və ən əsasıda onlar elm adamı kimi Radiasiya Problemləri İnisitutunun Respubilka üçün lazımlı elm ocağı olmasını isbat edəcəklər.
Bu gün Radiasiya Problemləri İnisitutunda çalışan çox saylı gənc alimlər adından o cümlədən dokdorantlar və disertantlar adından İnisitutumuzun taleyi ilə əlaqədar Hörmətli prezidentimiz İlham Əliyevə, AMEA-nın prezidenti böyük alimimiz akademik Akif Əlizadəyə müraciət edirik xahiş edirik İnisitutumuzun böyük elmi əhəmiyyətini nəzərə alaraq bundan sonrada fəaliyyət göstərməsi üçün bizlərə kömək edəsiniz.
Radiasiya Problemləri insitutunun əsas fəaliyyət istiqamətləri Nüvə fizikası və nüvə kimyası; Radiasiya materialşünaslığı; Radiasion texnologiyalar; Nüvə və radiasiya təhlükəsizliyinin elmi əsasları; Alternativ və qeyri-ənənəvi enerji mənbələrinin istifadəsi və enerji çevrilmələrinin fiziki-texniki problemləri sahələri respubilkamızın elminə hələ uzun illər böyük fayda verəcəkdir. Biz gənclər hesab edirik ki, akademiya rəhbərliyi bütün bu halları nəzərə alaraq bizlərin xahişini qəbul edəcəklər. Sağ olun!
Imza: Əsədov Fərqan Qabil oğlu
AMEA-nın Radiasiya Problemləri İnisitutunun
Yarımkeçiricilərin Radiasiya Fizikası laboratoriyasının
dokdorantı. Mob: 055 390 10 92