|
Ötən gecə Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib.
Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Maştağa qəsəbəsi, A.Əkbərov küçəsində qeydə alınıb.
Həmin küçədə 1959-cu il təvəllüdlü Nadir Məmməd oğlu Məmmədov bıçaqlanıb. Yaralı ağır halda xəstəxanaya yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, Nadir Məmmədovu elə onun dostu Qusar rayon sakini Radik Qurbanoviç bıçaqlayıb.
Qeyd edək ki, Nadir Məmmədovla Radik Qurbanoviç birgə eyni evdə kirayədə qalırmışlar. Onlar elə birgə tikintidə fəhləlik edərək pul qazanıblar.
Hadisə baş verən zaman hər ikisi sərxoş olublar. Söhbət zamanı pul üstündə mübahisə olub. Mübahisə zamanı da qan tökülüb.
Faktla bağlı araşdırma aparılır.