Ölkə iqtisadiyyatında çalışan muzdlu işçilərin sayı azalıb. Azalma xüsusilə dövlət müəssisələrində çalışanların sayında hiss edilir. 

“Qafqazinfo” “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında muzdla işləyən işçilərin sayı 1 milyon 507 min nəfər olub. Onlardan 879,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 627,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib. 

Halbuki, 2015-ci ilin fevral ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 514 min nəfər olub. Onlardan 880,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 633,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Göründüyü kimi, bu ilin bir ayı ərzində iş yerlərini itirənlərin sayı 7 min nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə muzdla çalışanların sayı 3 min nəfər azalıb. Belə ki, keçən ilin birinci rübündə iqtisadiyyatda çalışan işçilərin sayı 1 milyon 510 min nəfər təşkil edirdi. 

Qeyd edək ki, bu ilin birinci rübündə muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar. 

Rəqəmlərin təhlilini apardıqda ən böyük işçi ixtisarı tikinti sektorunda görünür. Əgər bu ilin fevral ayında tikintidə çalışanların sayı 7,1 faiz təşkil edirdisə, mart ayında bu rəqəm 6,8 faizə qədər düşüb. Bunun da başlıca səbəblərindən biri dövlət büdcəsindən investisiya xərclərinin azaldılması, bank sektorunda kapital qıtlığının yaranması, ölkədə ümumi iqtisadi durğunluğun mövcudluğudur. Nəticədə respublika üzrə tikinti işlərinin əksəriyyəti dayandırılıb, işçilər öz hesablarına məzuniyyətə göndərilib. Tikinti sektoru isə bu gün əhalinin gəlirlərinin əsas lakomativlərindən hesab olunur. Sözügedən sektorda hər hansı bir dəyişikliyin baş verməsi, ümumi iqtisadi fəallığa öz təsirini ciddi şəkildə göstərir.

Diqqət çəkən tendensiyalardan biri isə əhalinin gəlirlərinin azalmasına baxmayaraq, orta aylıq əmək haqqının artmasıdır. Belə ki, DSK-nin məlumatına görə, yanvar-mart aylarında orta aylıq nominal əmək haqqı 449,5 manat olub. Bu ilin yanvar-fevral aylarında isə ölkə iqtisadiyyatında orta aylıq əmək haqqı 444,5 manat təşkil edib. Göründüyü kimi, iqtisadi fəallıq azaldığı halda, fevral ayına nisbətən mart ayında orta aylıq məvaciblərdə 5 manatlıq artım qeydə alınıb.

Ekspertlər düşünür ki, ölkədə orta aylıq əmək haqlarının hesablanma mexanizmi dəyişməlidir. İndiki hesablanma qaydası sovet dönəmindən qaldığına görə beynəlxalq standartlara cavab vermir, ona görə də reallığı əks etdirmir. Beynəlxalq metodlar əsasında hesabladıqda isə, Azərbaycanda orta aylıq əmək haqqının 200-300 manatı ötmədiyini bildirirlər.

İqtisadçı-ekspert Nemət Əliyev "Bizim Yol"a şərhində bu ilin birinci rübündə orta aylıq əmək haqqının yüksəlməsini muzdlu işçilərinin sayının azalması ilə əlaqələndirdi. İqtisadçı "Statkom"un rəqəmlərlə manipulyasiya etdiyini deyir: "Dövlət Statistika Komitəsinin orta aylıq əmək haqqı ilə bağlı göstərdiyi rəqəm ölkədə işçilərin orta gəlirinin real göstəricisi deyil. Komitə orta aylıq əmək haqlarını açıqlayanda qarşısında "muzdlu işçilər" ifadəsi işlədilir. Azərbaycanda muzdlu işçilərin sayı 1.5 milyon nəfərdir. Həmin işçilərə ayrılan əmək haqqı fondunu 1.5 milyona bölərək orta aylıq məvacibi çıxarırlar. Bu, ölkədə muzdlu işçilərə hesablanmış orta aylıq əmək haqqıdır. Yəni real orta aylıq məvacib göstəricisi ola bilməz. Ona görə ki, Azərbaycanda 4.6 milyon nəfər məşğul əhali var. Bu rəqəmdən 1.5 milyonunu çıxanda yerdə qalan rəqəm 3.1 milyon olacaq. O zaman 3.1 milyon nəfərin aldığı əmək haqqının səviyyəsi nə qədərdir?  Rəqəm yüksək görünsün deyə süni şəkildə manipulyasiya yaradırlar. Əslində, "Statkom" bütün məşğul əhalinin orta aylıq məvacibini çıxarmalıdır. Ona görə də Dövlət Statistika Komitəsinin elan etdiyi indiki rəqəm heç nəyə yaramır, sadəcə olaraq təbliğat vasitəsi kimi qeyd edirlər".

N.Əliyevin hesablamalarına görə, bu gün ölkədə orta aylıq əmək haqqı 200 manatı ötmür: "Ümumi əmək haqqı fondunu 4.6 milyona bölsələr, o zaman orta aylıq əmək haqqı təqribən 200 manat ətrafında olacaq". İqtisadçının fikrincə, mövcud iqtisadi vəziyyət məvaciblərin orta göstəricisinin aşağı düşməsini diktə edir: "Neftin qiymətinin kəskin aşağı düşməsi, kəskin devalvasiya fonunda canlanma deyil, passivləşmə tendensiyası müşahidə olunur. Dövlət büdcəsindən kapital qoyuluşu məqsədilə ayırdığı vəsaitlər təqribən 2 dəfəyədək aşağı düşüb. Bankların kapital qoyuluşları 47 faiz azalıb, xeyli iş yerləri itirilib. Ümumi iqtisadi tendensiyalar orta aylıq əmək haqlarının aşağı düşməsini diktə edir. Muzdlu işçilərin sayını artırıb-azaltmaqla istədikləri manipulyasiyanı edə bilirlər".

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti