|
Bu gündən sürücülərə pərdə və plyonkadan istifadəyə icazə veriləcək.
Azərbaycanın iqlim şəraitini nəzərə alaraq, hər il 1 may tarixindən sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib. Jalüzlərdən istifadə 15 noyabra qədər mümkün olacaq.
Qeyd eədk ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi - Ümumi texniki şərtlər" dövlət standartına edilmiş dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmaması müəyyənləşdirilib.