|
Sahibsiz heyvanların öldürülməsi kompaniyası davam edir.
Teleqraf.az-a verilən məlumata görə, Şəmkir rayonunun çinarlı kənd icra nümayəndəliyi və bələdiyyə rəhbərliyi tərəfindən sahibsiz itləri güllələyərək öldürüb nəməlum istiqamətə aparırlar. Verilən məlumata görə, bu hadisə hər ayda bir dəfə kənd sakinlərinin gözləri qarşısında baş verir. Bu gün yenə də 50-dən artıq iti güllələyərək öldürüblər.
Xatırladaq ki, son zamanlar küçə itlərinin güllə ilə öldürülməsi xəbərini tez-tez eşidirik. Dünyada, eləcə də Avropada və Türkiyədə sahibsiz itlər vurulmur, yaxalanır və sığınacaqlarda saxlanılır . Görünür Azərbaycanda heyvanları öldürmək daha asan bir iş olduğu üçün məhz bu üsuldan yararlanırlar.