Ekspertlər bildirirlər ki, hökumətin böhranla bağlı antiböhran planı yoxdur; Mövcud model dayanıqlı deyil və iqtisadiyyata ağır bir yükdür.

  Maliyyə Nazirliyi 14 rayonun icra hakimiyyətlərində və digər dövlət orqanlarında yoxlama apararaq, 6 milyon manatlıq yeyinti faktı aşkarlayıb. Burada maraqlı məqamlardan biri də bu qurumlarda 702,5 ştat vahidinin ləğv edilməsidir. 

 Ekspertlər bu xəbəri ölkədə gedən ixtisarların növbəti dalğası kimi qiymətləndirirlər. Neftin dünya bazarında qiyməti ucuzlaşdıqca, ölkədə ixtisarlar daha ciddi xarakter alır. 

 Bir müddətdir ki, ARDNŞ də ixtisarlar aparır. İlkin olaraq zavod və digər müəssisələrdən 800 işçinin ixtisara salınacağı bildirilir. 2013-cü ildən başlanan ixtisarların bu il də davam edəcəyi şübhəsizdir. 

 Qeyd edək ki, ekspertlər ixtisarların qaçılmaz olacağını düşünürlər. Hətta bir müddət əvvəl iqtisadçı-alim Qubad İbadoğlu nazirliklərin sayının azaldılmasını da təklif etmişdi. 

 Onun sözlərinə görə, neftin qiymətinin ucuzlaşmasından sonra hökumətdə də rasional xərcləmələr mövzusu getdikcə aktuallaşır: “Deməli, büdcə xərcləmələrinin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol vermədən dövlətin izafi məsrəflərinin ixtisarı yolu ilə səmərəliliyin artırılması hazırda həlli vacib olan əsas məsələlərdən hesab olunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturuna 20 nazirlik, 10 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Nazirlər Kabinetinin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 37-yə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə, çoxdur. Azərbaycanda 20 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstəricidir. Əslində, Azərbaycan Nazirlər Kabineti Rusiya federal hökumətini təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb. Neft gəlirlərinin azalması səbəbindən formalaşan yeni iqtisadi situasiyada dövlət aparatının saxlanması ciddi maliyyə tələb edəcəyində bu sistemdə mərhələli islahatlara start verilməlidir. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər”.

 Ekspert Natiq Cəfərli də bildirir ki, iş yerlərinin çoxluğu şişirdilmiş rəqəmlərdir və ixtisarlar qaçılmazdır:“Ümumiyyətlə, Azərbaycanda son on ildə iş yerlərinin yaranma tarixçəsinə və strukturuna baxdıqda görürük ki, dayanıqlı olmayan bir model seçilib. Neft pullarının çox sürətlə artdığı və qiymətinin yüksək olduğu bir dövrdə hökumət dayanıqlı iş yerlərinin və istehsal sahələrinin yaradılmasındansa, dövlət və hökumət aparatının şişirdilməsi yolu ilə ştatların artırılması yolunu tutdular. Ya da investisiya layihəsi vasitəsi ilə on minlərlə insanı müvəqqəti iş yerləri, təmir-tikinti işlərinə cəlb etməklə sosial gərginliyi və işsizlik probleminin həll etməsini üstün tutdular. Dəfələrlə və illərlə ekspertlər vurğulayırdılar ki, bu, dayanıqlı model deyil. Sonunda hökumət bu iş yerlərini ixtisar etməyə məcbur olacaq. İndi həmin dövr yetişib və nəzərə alsaq ki, Azərbaycan kimi kiçik bir ölkədə büdcədən maliyyələşən, maaş alan insanların sayı az qala bir milyona çatır. Bu, dayanıqlı bir model deyil və iqtisadiyyata ağır bir yükdür. Çünki o sahələrdə çalışan insanların böyük əksəriyyəti əlavə dəyər yaratmır. Özləri özlərində bir dəyər yaratmırlar və əsasən büdcədən ayrılan vəsaitlərin, maaşların hesabına dolanırlar. O cümlədən də bu, təmir-tikinti sahələrinə aiddir. Onların böyük əksəriyyətində vəsait çox təəssüf ki, əlavə dəyər yaratmayan sahələrə yönəldilir. Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti son illərdə 1,5 milyarda yaxın vəsaiti təmir-tikinti işlərinə xərcləyir. Yəni binaların üzlənməsi, yeni mərmər səkilərin quraşdırılması, parkların yaradılması kimi əlavə dəyər yaratmayan sahələr və iqtisadiyyata heç bir qatqısı olmayan sahələrdir. Və bu modelə üstünlük verən hökumət indi çətinliklə üzləşib”. 

 Ekspertin sözlərinə görə, Azərbaycan normal idarəetmə sisteminə keçmək istəyirsə, ixtisarlar da olmalıdır: “Hətta nazirliklərin, dövlət idarələrinin sayı da azaldılmalıdır. Azərbaycanda dövlət və hökumət idarələrinin sayı 40-dan çoxdur. Kiçik bir ölkə üçün bu, çox böyük rəqəmdir. Müqayisə üçün deyim ki Gürcüstanda bu, 20-yə yaxındır. Belə bir modelə keçməyə ehtiyac var. Amma indiki dövrdə hökumətin siyasətində olan dəyişikliklərlə bağlı əsas problem məhz gəlirlərin azalmasıdır. Yəni məcburiyyətdən bu addımları atıblar. Amma buna paralel olaraq, digər addımlar da atılmalıdır ki, işsiz qalan insanların sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması üçün daha ciddi açılıma ehtiyac var. Liberallaşmaya, iqtisadiyyatda islahatlara ehtiyac var. Amma təəssüf ki, birinci addımı görürük, amma ikinci tərəfdən bu problemlərin həllinə yönələn addımları görmürük. Hökumətin böhranla bağlı antiböhran planı “yox” səviyyəsindədir. Ya da varsa da, o qədər gizli saxlayırlar ki, hökumətdə çalışanların əksəriyyəti bunu bilmir. Yəni cəmiyyətdə bununla bağlı heç bir məlumat yoxdur ki, böhranla bağlı hansı addımlar atılacaq. Təbii ki, idarəetmə optimallaşmalıdır. Amma bundan sonra hansı addım atılmalıdır? Bununla bağlı doğru-dürüst proqramı biz görmürük”. 

 Röya RƏFİYEVA
musavat.com

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti