|
Xaçmaz Gömürük İdarəsinin “Samur” gömrük postunda vətəndaşların incidilməsi haqqında Teleqraf.az-a məlumat daxil olub.
Rusiya Federasiyasından Azərbaycana gələn Azərbaycan vətəndaşları Kərimov Şahnaz Tofiq qızı, Cəfərov Əzizağa Əlmusa oğlu və Dadaşov Manaf Dadaş oğlunun Teleqraf.az-a verdikləri məlumata görə, gömürük postundan qanula icazə verilmiş 15 kq ərzaqla Azərbaycana keçərkən gömrük postunda onların keçidini imkan verilmir. Gömürük işçilərinə qanundan kənar heç bir yuklərinin olmadığını və evlərinə gətirdikləri ərzaq mallarının çəkisinin də qanunun imkan verdiyi qədər olduğunu izah etməyə çalışsalar da nəinki onları vətənlərinə buraxmırlar, hətta gömrük postunun Elçin Əhmədov adlı işçisi onları nəlayiq küçə söyüşləri ilə təhqir edərək fiziki güc tətbiq etməyə çalışıb. Hazırda Azərbaycan gömrüyündən qeyri-qanuni olaraq Rusiya ərazisinə geri qaytarılan şəxslərin dediyinə görə, onları hansı əsaslarala incidilərək geri qaytardıqlarını soruşduqda, Elçin Əhmədov bildirib ki, ümumiyyətlə onun "şirvanlılar"dan xoşu gəlmir, ona görə də onları Azərbaycana buraxmayacaq. Elçin Əhmədov həmin insanlara bir "məsləhət" də verərək bildirib ki, "gedin hara istəyirsiniz şikayət edin, gömrüyün özünün “qanun”ları var, onlara əməl etmək lazımdır".
Teleqraf.az vasitəsi ilə dövlət başçısına müraciət edən incidilən şəxslər belə özbaşınalıqları edənlərin cəzalandırılmasını dövlət başçısı İlham Əliyevdən xahiş ediblər.
Xatırladaq ki, “Samur” Gömürük Postunda baş verən özbaşınalıqlar haqqında mətbuatda dəfələrlə yazılar getsə də görünür orda “at oynadanlar”ın arxasında daha ciddi qüvvələr dayandığından baş verən özbaşınalıqlara hələ də son qoyulmur.