Azərbaycanda avtomobillərin mühərrikinin iş həcminə görə sürücülərdən alınan yol vergisi yanvarın 1-dən ləğv olunur.

  Teleqraf.az axar.az-a istinadən  xəbər verir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə yanacaq üçün yol vergisi tətbiq ediləcək. Bundan sonra yanacağı istehsal edənlər və ölkəyə gətirənlər hər litr üçün 2 qəpik dövlət büdcəsinə ödəməli olacaqlar.

 Amma bu dəyişiklikdən sonra yanacağın satış qiymətinin artıb-artmayacağı sual altındadır.

 Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Axar.az-a açıqlamasında mövcud dəyişikliyin yanacağın qiymətinə təsir edəcəyini bildirib:

 “Sürücülər illik texniki baxışdan keçərkən yol vergisi ödəyirdilər. Bunun ləğvi sürücülərin xeyrinədir. Bu il Azərbaycan sürücülərindən və nəqliyyat vasitələrindən alınan yol vergisinin məbləği 69,5 milyon manat olub. Yeni dəyişikliklə dövlət gələn illər üçün bu məbləğdən imtina edir. Amma bu çox da real görünmür. Yanacağı istehsal edənlər və ölkəyə gətirənlərin hər litr üçün 2 qəpik dövlət büdcəsinə ödəməsi inandırıcı deyil. Böyük ehtimalla, həmin məbləğ başqa bir variantla sürücülərdən alınacaq. Yanacağın qiymətinin minimum 5 qəpik qalxması gözlənilir”.

 İqtisadçı ekspert Natiq Cəfərli də mövcud dəyişiklikdən sonra yanacağın qiymətinin qalxacağını deyib:

 “Gələn il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti neftin qiymətinin enməsi fonunda 400 milyon dollar itirəcək. 2015-ci il üçün nəzərdə tutulan bu itkidə neftin qiyməti 60 dollardan hesablanıb. Bu gün isə neftin qiyməti 57 dollara qədər enib. Təkcə neftin bir barrelində 3 dollar geriləmə Neft Şirkətinə milyonlarla dollar ziyan deməkdir. Vergi Məcəlləsinə edilən dəyişikliklə ARDNŞ-in yanacaq üçün 2 qəpik yol vergisi ödəməsi inandırıcı deyil. Həmçinin Azərbaycanda xeyli sayda özəl yanacaqdoldurma məntəqələri var və bu məntəqələrin də əlavə vergi ödəməsi real deyil. Çox güman ki, məsələnin çıxış yolu yanacağın qiymətinin qalxmasında görüləcək və yol vergisinin ləğvindən itirilən məbləğ yanacağın qiymətinin qalxması ilə kompensasiya ediləcək.”

 Qeyd edək ki, yol vergisinin ləğvi Azərbaycan ərazisinə daxil olan və ölkə ərazisini tərk edən xarici dövlətlərin avtonəqliyyat vasitələrinə aid edilməyəcək.

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti