Şamaxı şəhərində yaşayan, tanınmış həkim Rövşən Qasımovun torpağı Prezident Adminstrasiyasının əməkdaşının qohumları tərəfindən zəbt edilir. Bir neçə dəfə aidiyyəti qrumlara müraciət etsələr də heç bir ciddi cavab əldə edə bilməyən hüququ pozulan ailə Teleqraf.az vasitəsi ilə Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevə  müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Samaxı şəhəri Qədirli küc 69 saylı evin sakini Qasımova Sevda Əhmədşah qızı tərəfindən

Ərizə

Yazıb sizə bildirirəm ki, Azərbaycanda bəzi məhkəmə və.s orqanların məmur özbaşınalığı Azərbaycan Respublikası Konstitusiyasının və qanunların kobud şəkildə pozulması, vətəndaşın əmlakının ələ keçirilməsi məqsədi ilə qanunsuz qərarlar çıxarılması və 26 il bundan əvvəl tikilmiş evimizə yeganə giriş yolunun əlimizdən alınması təhlükəsi ilə əlaqədar sizə müraciət edirəm.

1988-ci ildə həyat yoldaşım Qasımov Rövşən əli ogluna gənc mütəxəssis kimi, Şamaxı XDS-İK-nın 18 sentyabr 1990-cı il 19 saylı protokol qərarı ilə Şamaxı şəhəri, Qədrli küçəsi 69 saylı ev verilmiş və əlavə olaraq 3 sot torpaq sahəsi ayrılmışdır. Elə 1990-cı ildə həmin qərarı Şamaxı notariusu təsdiq etmiş və Noyabr 1990-cı ildə evə və həyətyanı sahəyə 4106 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. Bundan 7 il sonra qonşuluqda ev alan, Bakı şəhərində yaşayan İsmayıllı sakini Nuriyev Vidadi Mazan oglunun yoldaşı Nuriyeva Ella Maşallah qızı 2008-ci ildə, yəni 18 il sonra Prezident Adminstrasiyası Dövlət nəzarəti şöbəsinin müdiri Nuriyev Eldar Qasım oglu ilə quda olandan sonra bizə qarşı torpaq iddiası qaldırmış, 2008-ci ildə Şamaxı rayon məhkəməsi və 2009-cu ildə Sumqayıt Apellyasiya məhkəməsi tərəfindən həyətə baxış keçirilmiş, onun iddiası əsassız olduğu üçün rədd edilmişdir. Qeyd edim ki, Nuriyeva Ellanın həyat yoldaşı Nuriyev Vidadi Mazan oğlu 2008-ci ildə Şamaxı rayon məhkəməsində iddiası rədd edildikdən sonra dəhlizdə onun qudası Prezident Adminstrasiyası dövlət nəzarəti şöbəsinin müdiri Nuriyev Eldar Qasım oglunun köməkliyi ilə məhkəmənin qətnaməsinin ləğv etdirəcəyini demişdi. Buna görə də 2009-cu ildə Sumqayıt Apellyasiya məhkəməsində hakim Gülnarə Tağızadə qismən də olsa, Şamaxı rayon məhkəməsinin qətnaməsini ləğv etmiş, lakin bizim təkzib olunmaz sənədlərimiz və şahidlərimiz olduğuna görə bizim həyətyanı torpağımızın Nuriyeva Ellaya verilməsini təmin edə bilməmişdi. 2009-cu ildə şəxsən həyat yoldaşıma Sumqayıt Apellyasiya məhkəməsində yaxınlaşıb yuxarıdan onlara güclü təziq olduğunu, karyeralarını itirmək qorxusu olduğunu bildirərək Şamaxı rayon məhkəməsinin qətnaməsini tam qüvvəsində saxlaya bilməyəcəklərini demişdilər. Lakin, Nuriyeva Ella 2010-cu ildə yenə də qohumunun mövqeyindən istifadə edərək iddianın adını cüzi dəyişmiş, əslində isə əvvəlki mahiyyəti üzrə yenidən bizə qarşı torpaq iddiası qaldırmış, Şamaxı rayon məhkəməsi tərəfindən həyətə baxış keçirilmiş, iddiası əsassız olduğu üçün rədd edilmişdir. Bundan sonra Nuriyeva Ella yenidən həmin qətnamədən Apellyasiya şikayəti vermiş, iş Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Əhməd

Əhmədovun icraatında olarkən, Ella Nuriyeva Azərbaycan Respublikası Prezident Adminstrasiyasının Dövlət Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışan qudası Nuriyev Eldar Qasım oglunun adından istifadə edərək (özlərinin dediklərinə görə) Sumqayıt Apellyasiya məhkəməsinin sədri İkram Kərimova təyziqlər etmiş, nəticədə iş Əhməd Əhmədovdan alınaraq Nazim Nəsibovun icraatına verilmişdir. Qeyd edim ki, İkram Kərimov işin Nazim Nəsibova verilməsini əsaslandırmaq istədiyi arayış da əsassız sözlərdən ibarətdir və həmin arayışın sürəti məhkəmə sənədlərində var. Nazim Nəsibov isə Eldar Nuriyevin adından istifadə edərək hakimlərə təzyiq edən Ella Nuriyevanın xeyrinə, yəni qanuniliyi tamamilə sübuta yetirilmiş Şamaxı rayon XDS İK-nın 18 sentyabr 1990-cı il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Hakim Nazim Nəsibov həyat yoldaşımı və nümayəndəmizi aldadaraq hər dəfə məhkəmə iclasını müxtəlif bəhanələrlə təxirə salmış, əslində isə arxa tarixdə bizim iştirakımız olmadan, heç bir şahid və məhkəmə çıxışı dinlənilmədən Ella Nuriyevanın xeyrinə qanunsuz qətnamə çıxarmışdır. Qeyd edim ki, 1990-cı ildə Şamaxı rayon XDS İK-nın sərəncamı ilə torpağın bizə verilməsi barədə o vaxtkı Şamaxı rayon XDS İK-nın sədri Zöhrab Qədirovun, onun müavini Vaqif İskəndərovun, o vaxtkı Şamaxı rayon Texniki İnventarizasiya Bürosunun mühəndisi Ağabala Qafarovun, Şamaxı notariusu Yaşar Eyyubovun torpağın bizə verilməsi barədə ifadələri Şamaxı məhkəməsində dinlənilmiş və Şamaxı məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. Buna baxmayaraq Nazim Nəsibov bu şahid ifadələrini və başqa təkzib olunmaz sənədləri nəzərə almadan bizim ziyanımıza tamamilə qanunsuz qətnamə çıxarmışdır. Qeyd edim ki, Nuriyeva Ellanın Gennadi Smirnovdan evi və torpağı alması haqqında 3 avqust 1996-cı il tarixli P 4E-23reyestr nömrəli Mərəzə notariusu tərəfindən aparılmış qeydiyyat saxtadır və bu haqda Azərbaycan Respublikası Notarial Arxivinin direktoru Azər Tağıyevin hakim Nazim Nəsibova göndərdiyi məktubu məhkəmə sənədlərində var. 1997-ci ildə Gennadi Smirnov evi Ella Nuriyevaya satmamışdan əvvəl Ellanin əri Nuriyev Vidadi Mazan oglunun təkidi ilə həyatyani sahəsinin bölünməsi barədə ərizəylə müraciyyət etmişdir. Şamaxı rayon səlahiyyətli orqanlarının nümayəndələri ilə birlikdə 6 nəfərlik komissiya yaradılmış və Gennadi Smirnov və həyat yoldaşımın iştirakı ilə 15 aprel 1997-ci ildə həyatyanı sahənin tam bərabər bölünməsi haqda akt tətbiq olunmuş və komissiya üzvlərinin imzaları ilə təsdiq edlilmişdir. Beləliklə 18 sentyabr 1990-cı ildə mənə verilmiş 3 sot torpaqdan 1 sotu qanunsuz olaraq onlarda qalmışdır. Qonşuluq prinsipini əsas tutaraq biz o vaxt bununla da razilaşmışdıq. Lakin Nuriyeva Ella qohumunun köməyi ilə mərhələ-mərhələ ermənilər Azərbaycan torpaqlarına sahib olan kimi bizim həyətyanı sahəmizə göz tikməyə başladı. Nuriyeva Ella iddiada qeyd edir ki, onlar 1997-1998-ci illərdə evi Smirnovdan

aldıqdan sonra biz guya sənədlərdə saxtalaşdırma aparmışıq və Apelyassiya Məhkəməsi ilə Ali Məhkəmə bu iddianı əsas götürərək bizə qarşı ədalətsiz qətnamə çıxarmışdır. Əslində isə saxtalaşdırmanı Nuriyeva Ella aparmışdır və aşagıdakılardan ibarətdir.

1. Dövlət Notariat Arxivinin rəisi Azər Tagıyevin Sumqayıt Apellyasiya məhkəməsinin hakimi Nazim Nəsibova 15 mart 2012-ci il tarixli məktubunda göstərilir ki, Nuriyeva Ella ilə Gennadi Smirnov arasında olan 3 avqust 1996-cı il tarixli, P 4E-23 reyestr nömrəli alqı-satqı müqaviləsi aparılıb və bu müqavilə saxtadır.Nuriyeva Ella isə iddia ərizəsində evi 1997-98-ci illərdə aldıgını qeyd edir.

2. 15 aprel 1997-ci ildə tərtib edilmiş akt və may 1997-ci ildə tərtib edilmiş texniki pasport da onu göstərir ki, hələ Nuriyeva Ella evi almamışdan həyət Smirnovla bizim aramizda rayonun 6 məsul işcisi tərəfindən 1990-cı ildə verilmiş sərəncam əsasında bölünmüşdü və həmin aktda torpagın Şamaxı RİK-si tərəfindən 18 sentyabr 1990-cı ildə bizə verilməsi göstərilib

3. Əgər torpaq bizə 18sentyabr 1990-cı ildə verilməmişdisə noyabr 1990-cı ildə tərtib olunmuş 4106 inventar nömrəli texniki pasprt nədir?

4. O vaxtkı Şamaxı rayon arxivinin müdiri Ə.Məlikovun 1996-cı ildə mənim yoldaşım Qasımov Rövşənə verdiyi arxiv arayışında bizə tikilidən əlavə 3-sot torpaq sahəsi verildiyi göstərilir və bu arayış məhkəmə sənədlərində var.

5. Smirnov ilə Nuriyeva Ellanın arasında aparılmış saxta alqı-satqı müqaviləsində torpagın alqı satqısı haqda hec bir qeydiyyat yoxdur. Cünki oktyabr 1991-ci ildə Smirnov Gennadinin adına tərtib olunmuş invertar nömrəsi 4231,qeydiyyat nömrəsi səhifə 82 03-783 nömrəli texniki pasportda Smirnova torpaq sahəsinin verilməsi haqqında qeydiyyat yoxdur. Belə olan halda o olmayan torpagı Nuriyeva Ellaya sata bilməzdi.

6. Nuriyeva Ellaya verilmiş arxiv cıxarışında Smirnovun adına mənzil sahəsi göstərilmiş lakin 0,0316 ha torpaq sahəsi göstərilməmişdir cünki belə torpaq olmamışdır.

7. 11 noyabr 1990-cı ildə Smirnova 0,0316 ha torpaq verilsə də, bu Dövlət Notariat kontorunda təsdiq olunmamış,Texniki

inventarlaşdırma bürosunda və Mənzil İstismar idarəsində qeydiyyata alınmamışdir deməli torpagın ona verilməsi qanuni qüvvəyə minməmişdir.O olmayan torpaq sahəsini Nuriyeva Ellaya sata bilməzdi. Buna görə də Smirnovla Nuriyeva Ella arasında aparılmış saxta alqı satqı müqaviləsində torpaq haqda hec bir qeydiyyat yoxdur.

8. Nuriyeva Ellanın iddiasının yalan oldugunu təsdiq edən digər sənəd 23 noyabr 1996-cı il tarixli 100 saylı arxiv arayışıdır. Orada göstərilir ki, mənim həyat yoldaşım Qasəmov Rövşən Əli ogluna Şamaxı XDS-İK nın 18 sentyabr 1990-cı il tarixli 19 N-li protokol ilə Qədirli küc 69 saylı evin satılması ilə əlaqədar tikilisiz 0,03 ha torpaq sahəsi verilmişdir. Əsas Fond-30 c-b 1411, vərəq 15.

9. Nuriyeva Ella qudası Nuriyev Eldar Qasım oglunun köməyi ilə Texniki ekspertiza burosunda mənim 1990-cı ildə təsdiq olunmuş notariat sənədlərimə 0,03 ha sonradan əlavə olunmuşdur sözünü yazdırmaga nail olmuşdur. Lakin həmin sənədə baxan hər kəs orada sonradan əlavənin olmadıgını görə bilər.Əsl saxtakarlıq, qanunsuzluq elə onların özləri tərəfindən aparılıb. Bütün bunlar haqqında məhkəmədə sənədlər olduğuna baxmayaraq hakim Nazim Nəsibov bunları nəzərə almamışdır.

Mən, Nazim Nəsibovun qanunsuz hərəkətləri ilə əlaqədar aidiyyatı orqanlara müraciət etsəm də, heç bir nəticəsi olmadı. Mən həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verdim və işə 16 oktyabr 2012-ci ildə hakim Tatyana Qoldman tərəfindən baxıldı və qanunsuz olaraq Sumqayıt Apellyasiya məhkəmsinin qətnaməsi qüvvədə saxlanıldı. Şəxsən bizim iştirakımızla məhkəmə iclası keçirilərkən hakim Tatyana Qoldman bizim nümayəndəmizə əlini yuxarı qaldıraraq dedi ki, “Müəllim mən sizi başa düşürəm, ancaq qarar qabul olunub” . Bundan sonra mən Ali Məhkəmənin Plenumuna müraciət etdik və işimizə baxılmaqdan imtina edildi. Sonra biz Azərbaycan Respublikası Konstitusiya məhkəməsinə müraciət etdik, 14 may 2013-cü il tarixli qərardad ilə mənim işimə baxılmaqdan imtina edildi. Bundan sonra Şamaxı Rayon İcra şöbəsinə icra vərəqəsi verilib. Şamaxı rayon icra qrupunun rəhbəri tərəfindən həyətimə və evimə baxış keçirilib, icra vərəqinin icrasının mümkünsüz oldüğüna görə izah verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Nazim Nəsibova göndərildi. Lakin Nazim Nəsibov dolaşıq qətnamə çıxartdıqı üşün, yəni bizim şəxsi Mülküyyətimiz olan evimizin altındakı torpaq sahəsinin ləğv edilməsi haqqında qətnamə çıxartıqı üşün heç bir izah verə bilmədi. Belə çıxır

ki bizim şəxsi mülküyyətimizdə olan evimiz havada asılı vəziyyətdə qalmalıdır və biz evə helikopterlə daxil olmalıyıq. Nuriyeva Ella məhkəmə iclaslarında nəinki mənim həyətimə yeganə giriş yolumun alınmasını, hətta mənim 26 il bundan əvvəl tikilən evimin sökülməsini tələb edir. Mən bilmirəm ki, cənab Eldar Nuriyevin bu işlərdən xəbəri var, ya yox, ancaq hər halda Nuriyeva Ella onun adından istifadə edərək məhkəmələrə təzyiq edir. Qeyd edim ki, mənim sağımda və solumda Nuriyeva Ellanın anası, bacısı və başqa qohumları yaşayır. Onun yeganə məqsədi mənim qanunu sənədlərimi ləğv elətdirərək mənim o məhəllədən çıxmağıma nail olmaqdır.

Mənim ailəm 5 nəfərdən ibarətdir. Ailəmlə birlikdə Şamaxı rayon XDS İK-nın 18 sentyabr 1990-cı il tarixli qərarı ilə bizə ayrılmış torpaq sahəsində yaşayıram. Bu qanunsuz qətnamənin icra edilməsi, mənim şəxsi mülkiyyətimə yeganə giriş yolumun əlimdən alınması ilə nətilənəcəkdir və torpağımın əlimdən alınması ailəmlə birlikdə küçələrdə qalmağımla nəticələnəcək.

Qeyd edim ki, 1991-ci ildə Ulu öndərimiz Naxçıvanda YAP-ın təməlini qoyanda, həyat yoldaşım Şamaxının Qızmeydan kəndində YAP-ın özəyini yaratmışdır, 100-ə yaxın adamı YAP üzvlüyünə cəlb etmişdir. Bu haqda 1993-cü ildə verilmiş arayış da var. Özüm və ailə üzvlərim 1993-cü ildən YAP-ın üzvüyük.

Hörmətli Səadət xanım biz bütün bu qanunsuzluqlarla elaqədar olaraq Prezident Şamaxıda olarkən ona şikayət məktubu verdik və Ədliyyə Nazirliyinin məmuru Sübhi Kazımov bununla əlaqədar bizdən geniş izahat ərizəsi aldı, lakin heç bir nəticə olmadı. Biz bu yaxınlarda prezidentə şikayət ərizəsi yazdıq, lakin cavab məktubu Nuriyeva Ellanın qudası Eldar Nuriyev tərəfindən bizə ünvanlandı. Eldar Nuriyev maraqlı tərəf olduğu üçün onun bu işdə bizə köməklik etməyinə inamımız yoxdur. Çünki dəfələrlə Prezident Adminstrasiyasında Eldar Nuriyevin qəbuluna düşməyə çalışsaq da, o bizi qəbul etmədi.

Hörmətli Səadət xanım, bizə qarşı qəbul olunmuş ədalətsiz qətnamələr nəticəsində evimizə yeganə giriş yolu əlimizdən alınmışdır və bu giriş yolunun bərpası üçün bu yaxınlarda Şamaxı rayon məhkəməsində iddia qaldırmışıq.Şamaxı rn. məhkəməsi tərəfindən ücüncü dəfə həyətimizə baxış kecirildi və şəxsi evimizə yeganə giriş-cıxış yolunun saxlanması haqqında qətnamə cıxarıldı. Lakin qarşı tərəf yenidən Sumqayıt Apellyasiya məhkəməsinə sikayət etmişdir.Biz narahatıq ki, onlar ücüncü dəfə də qudaları Eldar Nuriyevin köməyindən istifadə edərək qətnaməni ləgv etdirəcəklər. Sumqayıt Apellyasiya məhkəməsində bu işə ədalətli baxılması və bizə 18 sentyabr 1990-cı ildə verilmiş 3 sot torpagın bərpası ücün ücün bizə köməklik etməyinizi xahiş edirik. Qeyd edim ki,2004-cü ildə 3 sot

torpagın şəxsi mülkiyyətə verilməsi barədə şəhadətnaməmiz vardır və Nazim Nəsibov bu şəhadətnaməni də qanunsuz olaraq ləgv edib.

İmza: Qasımova S.Ə.

əlaqə tel. 070 927-03-50

 

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti