Qazax sərhəd bölgəsində yerləşən rayonlardandır. Yeddi kəndinin nankor erməni işğalı altında olduğu məlumdur. 

Sərhəddə yerləşən kəndlərə və rayonlara daha diqqətlə yanaşılması birmənalıdır. İki il öncə Qazax Mərkəzi Xəstəxanası əsaslı təmir olundu. Demək olar ki, əsaslı təmirə küllü miqdarda vəsaitin xərclənməsi ilə bərabər 300 000 manatlıq bərk və yumşaq inventarlar, avadanlıqlar da gətirildi. Bunu da göstərilən diqqət kimi qəbul etməyə bilməzdik. Bu görülən işlər xəstəxanaya yeni təyin olunmuş baş həkim Arzu Novruzovun bacarığı kimi söylənilirdi. Təmir tam başa çatandan sonra iyul ayında mərkəzi xəstəxananın həyətinə ağır texnikalar gətirildi. Hər kəsi şübhələr çaşdırdı. Axı, niyə təmirdən sonra bina sökülməliydi? Göz qırpımındaca binanı yerləyeksan etdilər. Həmin yer tikinti materiallarının satış bazasına çevrildi. Mənbənin bildirdiyinə görə, materialların satışından 270 000 manat əldə edildi. Qəribə orasıdır ki, söküntü başlayandan qurtarana kimi baş həkim Arzu Novruzov gözə görünmədi. Çünki görülən yaxşı işlərin niyə belə olduğuna cavab verməli idi... Yardımçı binalardan başqa, vaxtı ilə 450 çarpayılıq MX binasının qəfildən sökülməsi qazaxlıları narahat edirdi. Harada müalicə olunacağımızı düşünürdük. Əgər MX binasının sökülməsi nəzərdə tutulmuşdursa, 400 000 manata yaxın vəsaiti niyə təmirə xərcləyirdilər? Həmin vəsaiti uçub dağılmaqda olan digər səhiyyə müəssisələrinin təmirinə xərcləməklə qismən də müalicə şəraitimizi yaxşılaşdırmaq olmazdımı?
Qazaxda stasionar müalicə ləğv edilib. Bunu elə-belə demirik. Bəlkə kağız üzərində var, biz bilmirik. Çünki müalicə olunmaq üçün palataların, mətbəxin, həkim və tibb bacılarının oturmağı üçün otaqların olması gərəkdir. Amma belə işlər baş həkim Arzu Novruzovu maraqlandırmır. Bircə amalı var, yeni xəstəxana binası tikilənə kimi kim harada müalicə olunur, olunsun. Şübhəsiz ki, imkansız insanlar müalicə olunmaları üçün mərkəzə və digər rayonlara üz tuta bilmədiklərindən xəstəliklərini canlarında çəkməli olurlar. Onun nəticəsidir ki, con 1 il 6 ay ərzində Qazaxda ana-uşaq və digər ölümlərin sayı xeyli artmışdır. Qazax Müalicə Diaqnostika Mərkəzi olmasaydı ölümlərin sayı daha da çox olardı.

Baş həkimin başı qarışıb. Adam gördüyünü söylər. Dörd ay əvvəl bərk xəstələnmişdim. Baş həkim Arzu Novruzova telefon açıb məsləhət və kömək istədim. O, bildirdi ki, "başım yaman qarışıqdır, maliyyə yoxlaması olacaq, hazırlıq işləri görürük”.
Həqiqi mənada bu cavab məni çox pərt etdi. Qazax Şəhər Poliklinika Şöbəsinin həkimi Mehmanın səyi nəticəsində həyatda qala bildim. Baş həkim uşaq xəstəxanasında oturduğundan vaxt tapıb qəbuluna yollandım. Onun oturduğu iş otağını görəndə gəldiyimə xəcalət çəkdim. Təmirsiz və səliqəsiz iş otağı dərdimin üstünə dərd gətirdi. Gəlişimin məqsədini dəyişib qısa vaxtda "kabinet”i tərk etdim. Uşaq xəstəxanasındakı görkəm, vəziyyət məni lap çox sıxdı. Gördüyüm mətbəx morqa oxşayırdı. Xəstəxananın həyətində, ayaq yolunun yanında bir neçə qadının qab-qacaq, paltar yumasına bilmədim nə ad verəm. Öyrəndim ki, həmin qadınlar xəstə uşaqların analarıdır. Özü də həmin yer baş həkimin otağından güzgü kimi görünür. Əhsən, baş həkim Arzu Novruzovun bu xidmətinə!

Kağız üzərindəki çarpayılarda kim yatır? Bu sual ətrafında xeyli düşündüm, cavab axtarışında oldum. "Ağzı göyçəklərdən” biri dedi: "Çarpayılarda heç kim yatmır, çarpayılar kağız üzərində yatır, özü də baş həkimin iş otağında”. Odur ki, baş həkimdən soruşdum: MX sökülməsinə baxmayaraq yataq otaqları harada təşkil olunb? Bildirdi ki, "DM-də 8 çarpayı kirayələmişik. Şapalaqla üz qızardırıq. Yeni MX binası tikilənə qədər dözməliyik”.
Belə cavabın arxasında nələrin dayandığını anladım, amma üzə vurmadım. Belə çıxdı ki, yeni MX binası tikiləndən sonra dərman preparatları, ərzaq filan aşıb daşacaq. Axı 2 ildir dərman preparatlarına, ərzağa və s. ayrılmış 700 000 manatdan çox vəsait büdcədə qalıb. Pasientlər üçün nəzərdə tutulmuş alınan cütü 35 manat dəyərində olan çəkələklərin saxlanılmasını sormaq istyədim. Sonra düşündüm ki, pasientlər üçün süpriz olacaq.
Büdcədə qalmalı vəsait ciblərdə qalır. Təsəvvür edin, şərait qurulmadığı, palataların olmadığı halda 2 ildə 320 000 mantlıq 3 MMC-dən dərman preparatları alınıb. Ərzaq üçün 264 000 manat xərclənib. Məncə bu barədə düşünülməlidir. Digər xərclərə də nəzər salanda adam az qalır ki. havalansın...

Qəribə müəmma da var. Uşaq xəstəxanası 40 çarpayılıqdır. 2011-ci ilin iyulunda qaz sayğacı dəyişdirilib. 4351439 nömrəli sayğac qoyulub. Həmin vaxtdan bəri 1800 kub metr məsrəf olunub. Hansı ki, həmin qaz xəttindən başqa müəssisələr də istifadə edirlər. Doğum evi 30 çarpayılıqdır. 2012-ci iln 6-cı ayında qaz sayğacı dəyişdirilərək 4590826 nömrəli sayğac qoyulub. Həmin qaz xəttindən də digər müəssisələr istifadə edirlər. Sayğaca görə, 6526 kub metr qaz məsrəf olunub. Gedişatdan belə başa düşmək olar ki, 510 000 mantlıq ət və digər isti yeməklər pasientlərə çiy-çiy paylanılıb. Hələ isitmə, çamaşırxana məsələsini bir yana qoyaq.
Bu boyda saxtakarlığa göz yummağın özü günahdır. Qorxumuzdan dişimiz ağrımır. Arzu Novruzov baş həkim təyin olunandan dişimiz ağrımır. Baş həkim 12 nəfər stomotoloq həkimi 53 kvadrat metrlik otağa yerləşdirib. O, natəmiz otağı adi kardonla 14 yerə böldürüb. Yalnız həkimlər bir-birilərinin başalrını görürlər. Dəqiqini desək, hər həkimin "kabinet”i 2.5 kvadrat metrdən ibarətdir. Özü də baş həkimin təyin etdiyi özəl nəzarətçinin işi pasientləri "soymaqdan” ibarətdir. Baş həkimin özəl qiyməti belədir: Diş çəkmək- 10 manat, blomb qoymaq – 30 manat. Bildirdilər ki, blombun 10 manatı, diş çəkmənin isə 5 manatı baş həkimin şəxsi hesabına daxil olur.

Sözün açığı, Arzu Novruzovun təşkil etdiyi stomotoloji şöbəyə yplxucu xəstəliklərin beşiyi adını vermək olar. Nəzər yetirəndə görürsən ki, şöbədəki milşək və ağcaqayınlar tez-tez hər bir həkimin alətlərini sığallayırlar. Hansı ki, bütün dünya "Hepatit-C”-yə qarşı mübarizə aparır. Həkim və texniklərin bir-birindən pambıq parçası alması diqqətimizdən yayınmadı. Məlum oldu ki, biçarə stomotoloqlara heç bir dəva-dərman verilmir. Onlar öz ciblərinin hesabına işləyirlər.
Qazax səhiyyəsinə "Bakıdan” hüquqşünas göndəriblər. Bir az olar ki, Arzu Novruzov "sanballı” şöbəyə hüquqşünas ştatı gətirdib. Görünür, şöbənin hüquqi yardıma ehtiyacı vardır. Bu barədə araşdırmamız başa çatandan sonra yazacağıq.

Vəkil Rüstəm
Qazax

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti