ÖLÜMÜ ƏSİRLİKDƏN ÜSTÜN TUTAN 23 YAŞLI QADIN...

Teleqraf.az-ın verdiyi xəbərə görə, Suraxanı rayonu “Yeni Günəşli” qəsəbəsində yerləşən laçınlıların “Mərasim Evində”   facebookda fəaliyyət göstərən ”Laçın və laçınlılar” qrupu tərəfindən  şəhid Səma Kərimovanın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Qrupun vaxtaşırı  vətənpərvərlik mövzusunda keçirdiyi bu cür tədbirlər artıq ənənə halını almışdır. Şəhidlərimizin, döyüşçülərimizin keçdiyi şərəfli yolun təbliğinə xidmət edən və Səma Kərimovanın xatirəsinə keçirilən bu tədbirdə, şəhidin ailə üzvləri, Qarabağ müharibəsi iştirakçıları və tanınmış ziyalılar iştirak ediblər. “Laçın yurdu” jurnalının baş redaktoru Arif Məmmədlinin çıxışı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edirlməsindən sonra Xatirə Laçın Səma Kərimova haqqında tədbir iştirakçılarına geniş məlumat verdi: 

Səma Kərimova 31 dekabr 1969-cu ildə Laçın rayonunun Nağdalı kəndində dünyaya gəlmişdir. 1974-cu ildə orta məktəbə getmişdir və 1984-cu ildə orta məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 1986-cı ildə Səma Kərimova Dövlət Pedaqoji İnstitutunun filologiya fakuyltəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra isə peşə fəaliyyətinə Nağdalı kənd orta məktəbində başlamışdır.

17-18 may 1992-ci ildə Laçın rayonu işğal olunan zaman Səma və ailəsi də öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalmışdılar. Səmagil Laçından çıxdıqdan sonra Bərdə rayon Qaradəmirçi kəndində yaşayan qohumlarıgilə pənah gətirmişdilər. 1992-ci ildə Azərbaycan ordusunun Kəlbəcər və Qubadlı istiqamətindən Laçın rayonunun azad edilməsi üçün apardığı genişmiqyaslı hərbi əməliyyatları zamanı Laçın şəhəri istisna olmaqla rayon erməni işğalçılarından azad edilmişdir. Laçın əhalisinin əksəriyyəti işğaldan azad edilmiş ərazilərə geri dönməyə başlayanda  Səma da həyat yoldaşı ilə birlikdə avqust ayının 25-də Laçına geri qayıtdılar. Ancaq Laçında qalmaq çox da uzun sürmədi, 1993-cü ilin mart ayında ermənilərin geniş  hücüm əməliyyatları zamanı əhali rayon ərazisini tərk etməyə məcbur oldu. Mart ayının 31-də Səma və dayısıgil də yenidən Laçını tərk etdilər. 31 mart 1993-cü ildə Laçın eli üçün çox ağır bir faciə üz verdi, Səmagilin maşın karvanı Kəlbəcər rayonu ərazisində yerləşən  tuneldə mühasirəyə düşdülər. Mühasirə zamanı Səmanın dayısı Asif və bibisi elə oradaca şəhid oldular, böyük dayısı Yusif Əliyev ilə Səma isə ağır yaralandılar. Səma Kərimova, bir yaşlı qızı Nurlanə Hümbətova və digər əsir düşmüş yaralıları əvvəlcə Vəng kəndinə sonra isə Xankəndində yerləşən uşaq xəstəxanasına gətirmişdilər. 1993-cü il may ayında anasına yazdığı məktubunda bildirirdi ki, qızı Nurlanə ilə birlikdə Xankəndində uşaq xəstəxanasındadır, 1 aydan çoxdur ki, sol ayağından ağır yaralıdır, ayağa qalxa bilmir. Səmanı və qızı Nurlanəni geri almaq üçün ailəsi ermənilərlə danışıqlar aparırdılar. Tələb olunan məbləğ çətinliklə olsa da, toplanmışdı. Ancaq ölümü əsirlikdən üstün tutan Səma özünə qəsd etmək qərarına gəlmişdir. Və may ayının 15-də Səma Kərimova intihar edər şəhidlik zirvəsinə yüksəlmişdir. Ermənilərlə uzun sürən danışıqlardan sonra iyun ayının 23-də Səmanın cəsədi geri alınaraq Bərdə rayonunda dəfn edilmişdir. Səmanın ölümündən sonra əsirlikdə qalan qızı  1 yaşlı Nurlanə Hümbətova avqust ayının 5-də geri alınmışdır. Ermənilər öz murdar əməllərindən geri qalmayaraq avtomatın qundağı ilə Nurlanənin boynunun arxasına vurub onu əbədi həyat işığından məhrum etdilər. Adı Nurlanə olan körpə ömürlük nura həsrət qaldı...

Səma haqqında bu çıxışdan çox təsirlənən iştirakçılar çıxış etməyə çətinlik çəkdiklərini bildirsələr də, danışmağı özlərinə bir borc hesab etdilər.
Tədbirdə çıxış edən Laçın polis batalyonunun komandiri olmuş polkovnik leytenant Çingiz Abbasov, keçmiş Güləbird batalyonunun qərargah rəisi Rövşən Atakişiyev,  Qarabağ müharibəsi iştirakçısı hüquqşünas Ərşad Hüseynov, keçmiş rota komandiri Cabbar Alıyev habelə digər döyüşçülər Babək Məmmədov, Xəyyam Nəsirov, Habil Muradov çıxış edərək həm keçdikləri döyüş yolundan danışdılar, həm də Səmanın bir  azərbaycan qadını olaraq seçdiyi şərəfli ölüm yolunu, ucaldığı şəhidlik zirvəsini bir örnək olaraq gördüklərini qeyd etdilər. Daha sonra çıxış edən Solmaz Cahangirova və Respublika Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova  Səma Kərimovanın adının əbədiləşdirilməsinə ehtiyac olduğunu söylədilər və Səmanın adına küçə verilməsini və abidəsinin ucaldılmasının vacibliyini qeyd etdilər.  Tanınmış jurnalist Sultan Laçın, yazıçı publisist Ötərxan Eltac, Hacı Vahid torpaq, millət, namus, şərəf uğrunda canını fəda edən bu türk qızının bir qeyrət simvolu olduğunu və bu qəhrəmanlığın bütün nəsillərə nümunə olduğunu söylədilər. 
  Tədbirdə Səmanın müəllimi və iş yoldaşı olaraq İştirak edən Əyyub müəllimin, Səmanın şagirdi olmuş Orxan Cəbrayilovun çıxışları isə həm tədbir iştirakçıları tərəfindən, həm də Səmanın qızı Nurlanə tərəfindən maraqla qarşılandı.Tədbirin sonunda çıxış edən Səmanın anası Sevda Kərimova, bacısı Səbinə Kərimova bu tədbirdə danışılan bir çox xatirələri Səmanın qızı Nurlanənin ilk dəfə eşitdiyini vurğuladılar.Şəhidin anası bu cür tədbirin keçirilməsinə görə Facebookda fəaliyyət göstərən “Laçın və laçınlılar” qrupuna, onları daim diqqət mərkəzində saxlayan Laçın rayon İcra Hakimiyyətinə və  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinə minnətdarlığını bildirdi.Tədbir boyu göz yaşlarına sahib ola bilməyən, hələ bir yaşındaykən erməni əsirliyinin məşəqqətini yaşayan və erməni cəlladları tərəfindən dünya işığına həsrət qalan Nurlanə çox danışa bilməyəcəyini söylədi və bu tədbirə görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirdi./Teleqraf.az/

Ramil Cəbrayıl.

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti