|
Sumqayıtda qətl törədilib.Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə dekabrın 7-dən 8-ə keçən gecə qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Xəlilov aralarında yaranmış münaqişə zəminində tanışı, 1990-cı il təvəllüdlü Toğrul Əstanovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən V. Xəlilov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.