|
Mobil mesajlaşma sistemi mesajlara kod qoyacaq
Mobil mesajlaşma proqramı olan WhatsApp istifadəçilərinə təhlükəsizlik xidməti verəcək. İlk olaraq WhatsApp-ın Android versiyasına tətbiq ediləcək yeni sistem istifadəçilərə bir çox üstünlüklər verəcək. Bununlada WhatsApp-ın mesajları artıq şifrələncək.
Mesajlar yalnız göndərən və mesajı alan adama şifrəsiz olaraq görünəcək. Göndərilmə zamanı isə heç bir şəkildə mesajın orijinal halı görünməyəcək və gizlilik qorunacaq. Bununlada WhatsApp-dan göndərilən mesajların kompüter piratlarının və ya təhlükəsizlik orqanlarının əlinə keçməsinin qarşısı alınacaq.
WhatsApp-ın bu qərarının kəşfiyyat xidmətlərinin və təhlükəsizlik təşkilatlarının reaksiyasına səbəb olacağı gözlənilir.
Qeyd edək ki, WhatsApp dünyada təxminən 600 milyon adam tərəfindən istifadə edilir. Dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook bu ilin fevral ayında WhatsApp-ı təxminən 22 milyard dollara satın alıb. (anspress)