|
MDB Parlamentlərarası Assambleyası Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı, Azərbaycan Respublikasının Milli Məclisi, Mərkəzi Seçki Komisiyası, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleya Şurasının Katibliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və yerli seçki dairələrinin iştirakı ilə 14 noyabr 2014-cü ildə Mingəçevir şəhərində Azərbaycan Respublikasında keçiriləcək “Bələdiyyə seçkilərinə hazırlıq və onun keçirilməsinin monitorinqi üçün müşahidəçilərin hazırlanması üzrə təlim-seminar” keçirmişdir.
Teleqraf.az-ın xəbərinə görə, seminarda Azərbaycan Respublikası Milli Məclisin Regional Məsələlər üzrə Komitəsinin Sədri, Millət vəkili Arif Rəhimzadə, Azərbaycan Respublikası Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Respublikası Milli Məclisin MDB PAA-da daimi nümayəndəsi Aydın Cəfərov, MDB PAA DİMBİ Bakı filialının Direktoru Elman İmaməliyev və filialın əməkdaşları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov, Mingəçevir şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov, MDB PAA Şurasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun eksperti D. Q. Qladey, yerli dairə və məntəqə seçki komissiyalarının sədr və üzvləri, yerli seçki müşahidəçiləri, yerli QHT və KİV nümayəndələri iştirak etmişlər.
Tədbirdə iştirakçılar tərəfindən “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında bələdiyyələrinin rolu”, “Mingəçevir şəhərinin həyatında bələdiyyələrin rolu”, “Seçkilərə müşahidənin normativ əsasları”, “Azərbaycan Respublikasında seçkiləri müşahidənin beynəlxalq təcrübəsi”, “Mingəçevir şəhərində 23 dekabr 2014-cü il bələdiyyə seçkilərinə hazırlığın vəziyyəti” mövzularda çıxışlar və diskussiyalar aparılmışdır. Tədbirin sonunda aktiv seçki hüququna malik şəxslərin və digər seçki iştirakçılarının maariflənməsi üçün bu tip tədbirlərin keçirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbirin ikinci hissəsində MSK və MDB PAA DİMBİ Bakı filialının əməkdaşları tərəfindən dinləyicilərə təlim keçirilmiş və müxtəlif mövzuları əhatə edən əyani vəsaitlər paylanmışdır.