Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi, təhsil və ədliyyə nazirliklərinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub.

Teleqraf.az-ın xəbərinə görə, altı gün davam edən səfər sosial cəhətdən həssas əhali qruplarına, xüsusən uşaqlara sosial xidmətlərin göstərilməsi və monitorinqi sahəsində qardaş ölkə ilə  təcrübə mübadiləsinin aparılması məqsədinə xidmət edib. 
   Nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimovla Türkiyənin ailə və sosial siyasətlər nazirinin müavini xanım Çiğdəm Ərdoğan Atabəyin görüşündə iki nazirlik arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə görülən işlərdən söz açılıb, sosial təminat sisteminin təkmilləşdirilməsi sahəsində hər iki ölkədə aparılan islahatlarla bağlı qarşılıqlı məlumatlar verilib. Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyin Sosial yardımlar baş direktorluğunda keçirilən görüşdə Türkiyədə sosial yardım və müavinətlər sistemi, yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən tədbirlər, həmçinin sosial yardımlar üzrə elektron məlumat bazasının formalaşdırılması istiqamətində görülən işlərlə bağlı  məlumat mübadiləsi aparılıb. Görüş zamanı Türkiyədə uşaqların ilk növbədə doğma ailə mühitində yaşamalarına üstünlük verildiyi, bu, mümkün olmadıqda isə övladlığa verilmə, himayədar ailə və ailə tipli kiçik qrup evi modellərindən istifadə edildiyi qeyd olunub. Ölkədə son on ildə ənənəvi uşaq müəssisələrinin sayının demək olar ki, sıfıra endiyi, alternativ qayğı müəssisələrinin sayının isə artdığı vurğulanıb. 
   Səfər zamanı “Koza” məişət zorakılığından zərər çəkmiş şəxslər üçün reabilitasiya mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. Mərkəzdə məişət zorakılığından zərər çəkmiş şəxslərin reabilitasiyası üçün psixo-sosial reabilitasiya, polis yardımı, hüquqi məsləhətlər, peşə hazırlığı və məşğulluq imkanlarının artırılması istiqamətində xidmətlər göstərilir. Həmçinin ailə tipli kiçik qrup evi ilə tanış olan nümayəndə heyətinə bildirilib ki, burada valideyn himayəsindən məhrum olmuş 6 nəfər uşaq ailə mühitində və tam dövlət təminatında yaşayır. Gün ərzində tərbiyəçilər onlara məişət xidmətləri göstərir, onların təlim-tərbiyəsi ilə məşğul olurlar. 
   Nümayəndə heyəti Türkiyədə əlilliyi olan insanlar üçün 780 nəfərlik sosial reabilitasiya yönümlü “Kampus-Şəhərcik”də, dövlət qulluğunda işləmiş və pensiya hüququ qazanmış ahıllara sosial xidmət göstərən müəssisədə də olaraq, həmin müəssisələrin iş metodları ilə əyani şəkildə tanış olublar. Səfər çərçivəsində UNİCEF-in Türkiyə ofisində keçirilən təqdimatda bu təşkilatın 2005-2008-ci illərdə Türkiyədə sosial xidmət sahəsində minimum standartların, monitorinq və qiymətləndirmə mexanizmlərinin yaradılması və digər sahələrdə gördüyü işlər barədə dolğun məlumatlar verilib.  

Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti