Noyabr ayının 9-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu və İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib.

Teleqraf.az xəbər verir ki, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin açılışı olub.

Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 9 noyabr Dövlət Bayrağı günü münasibətilə qonaqları və Ağsu sakinlərini təbrik edib. O, sərginin əhəmiyyətindən danışıb, Ağsuda mədəni irsə ictimai münasibətin yaxşı mənada artdığını qeyd edib.

MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin genişləndiyini, 2014-cü ildə Ohrid şəhərində "Azərbaycanın arxeoloji inciləri" sərgisinin keçirildiyini xatırlatmışdır. Sərginin qarşıdakı bir ayda ziyarətçilərə açıq olacağı nəzərə çatdırılıb.

Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Azərbaycanın bu qürur günündə, bayraq günündə burada olmaqdan məmnun olduqlarını, Azərbaycan və Makedoniya hökumətlərinin əməkdaşlıq memorandumu imzaladıqlarını və bu tədbirin əməkdaşlıq üçün yaxşı nümunə olduğunu bildirib. Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov beynəlxalq simpozium və sərgilərdə mədəni irsimizin layiqincə təmsil edildiyini və hər bir azərbaycanlının öz kimliyi ilə həqiqi mənada fəxr etdiyini qeyd edib.

Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov MİRAS İctimai Birliyinin mədəni irs sahəsində dünyanın müxtəlif ölkələrindəki elmi və ictimai qurumlarla əməkdaşlığını təqdir etdiklərini, Makedoniya mədəni irsi ilə bağlı sərgini və folklor qrupunun zəngin proqramını xüsusilə vurğulayıb.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev Azərbaycanda 6308 mədəni irs abidəsinin olduğunu, bu abidələrin qorunmasının konstitusiyamızda təsbit olunduğunu, Orta əsr Ağsu şəhərinin bu mənada layiqincə qorunduğunu qeyd edib.

"Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin koordinatoru Məleykə Hüseynova Azərbaycanda arxeoloji turizmin perspektivləri, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə həyata keçirilən beynəlxalq layihədə Orta əsr Ağsu şəhərinin əsas marşurutlardan birini təşkil etdiyini bildirib.
Bu sərgidə layihə zamanı çəkilmiş və tədqiqata cəlb edilmiş geniş fotobankın da nümayiş etdirildiyini deyib. MİRAS İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Ağsu arxeoloji ekspedisiyasının fəaliyyətinə və elmi-mədəni tədbirlərə verdiyi dəstəyə görə Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev MİRAS mükafatı ilə təltif edilib.
Daha sonra Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, media və turizm nümayəndələri, rayon ictimaiyyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra Orta əsr Ağsu şəhərinin sərgi kompleksləri də iştirakçılara təqdim edilib.

Daha sonra Ağsu şəhəri Mədəniyyət Sarayında Makedoniyanın Vevçani bölgəsindən olan KUD “Drimkol” folklor qrupunun ifasında rəqslər və MİRAS Musiqi qrupunun ifasında muğam dəstgahından ibarət mədəni proqram keçirilib.
Proqramı Ağsu rayonu İcra Hakimiyyətinin başçısı açıq elan edib, Makedoniya folklor qrupunun Ağsuda olmasından məmnunluq ifadə edib.

Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Kud Drimkol folklor qrupu haqqında məlumat verib, qrupun həm Makedoniyada, həm də dünyanın müxtəlif ölkələrində festival və konsertlərə qatıldığını qeyd edib. Kud Drimkol folklor qrupunun rəhbəri Toşe Çoçoroski Ağsuda konsertin təşkilində göstərdiyi dəstəyə görə minnətdarlıq edib, rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə xatirə hədiyyəsi təqdim edib. AMEA Folklor İnstitutunun elmi işçisi Atəş Əhmədli Azərbaycan folkloru, onun digər xalqların folkloru ilə əlaqəsi və folklor turizmi haqqında geniş məruzə edib.

Kud Drimkol folklor qrupu hüzn, ayrılıq, qəhrəmanlıq, quraqlıq və sevgidən bəhs edən folklor musiqilərinin müşaiyəti ilə xalq rəqslərini təqdim edib. Xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. 

Tədbirin sonunda Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə İnstitutun fəxri üzvü seçilməsi ilə bağlı sertifikatı təqdim edib.

Media və turizm nümayəndələrinin infoturu isə AzGranata MMC-nin Ağsu şəhərində yeni açılmış mağazasında yerli məhsullarla tanışlıqla davam edib. Tur iştirakçılarına sertifikatlar təqdim olunub. 

Qeyd etmək istərdik ki, 2014-cü ilin yanvarında MİRAS İctimai Birliyi Makedoniyada Azərbaycanın mədəni irsinin tanıdılması məqsədilə sərgi keçirmişdir. Eləcə də birliyin üzvləri Ohrid şəhərində hər il keçirilən Beynəlxalq Mədəni İrs, Media və Turizm Konfransında Azərbaycanı təmsil edib. 

Makedoniyadan gələn qonaqlar üçün 10-11 noyabr tarixlərində Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Ağsu rayonlarına mədəni irs turları təşkil olunacaq.

Cabir Turan Cəfərbəyli










Bölməyə aid digər xəbərlər

05 Yan 2022 Müdafiə Nazirliyinin qəribə tender işi - Faktlar

11 Noy 2021 Uşaq bağçalarında korrupsiya piramidası - Eldar Yunusov baş dirijor rolunda....

15 Sent 2020 “Kapital Bank” vəfat edən qazinin ailəsini kredit borcuna görə incidir – ŞİKAYƏT

01 Avq 2020 “Sarı qızdırma” üçün dərman yaradıldı

06 İyun 2020 İcra başçısı hara baxır? - Ağsuda kimssiz qadının köməyə ehtiyacı var

07 Fev 2020 Xəyalə Əhmədovanın təbliğatına mane olmağa çalışdılar - Video

05 Fev 2020 Parlament seçkiləri ilə əlaqədar sosial sorğunun qalibi bəlli oldu - Bərdə rayonu

09 Okt 2018 Şəhid hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi üçün müraciət qaydaları açıqlanıb

21 May 2018 Eyni sinifdə oxuyurlar: biri 700, 7 nəfər isə 600-dən çox bal topladı

19 May 2018 DSMF-nin 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub (SİYAHI)

28 Apr 2018 Kürdəmirdə şəhid Aqil Alışovun xatirə tədbiri keçirilib -FOTOLAR

05 Fev 2018 Bu şəhərlərdə də I sinfə qəbul elektron formada aparılacaq

25 Okt 2017 Gələn il Milli Məclisə 24 milyon manat ayrılacaq

07 Okt 2017 "Hakimiyyət ya islahatlara getməli, ya da getməlidir!" - Elxan Mehdiyev

14 Avq 2017 Neft sektorundan aslılığın yaratdığı problemlər

24 May 2017 Tərtərə palçıqlı yağış yağdı

03 Noy 2016 İlham Əliyevdən Qəlyana, elektron siqaretə, alışqana -QADAĞA

01 Noy 2016 Yeni doğulan uşağa 90, buzova isə 100 manat verilir...

25 Okt 2016 Müəllimlərin maaşı artacaq - 26 rayonda

24 Okt 2016 Deputat: "Sənədsiz evlərin problemi həll olunur"

19 Okt 2016 Xərçəngə yol açan bu içkilərdən uzaq durun

18 Okt 2016 Qazax rayon sakinləri işıq üzünə həsrət qalıblar

18 Okt 2016 Lerikə də qar yağdı

17 Okt 2016 Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

15 Okt 2016 İmişlidəki dəhşətli qətlin təfərrüatı: 17 yaşlı sevgilisini öldürüb rahatca yatdı

12 Okt 2016 Ağsu məsçidlərində Aşura- bütün şəhidlər yad edildi

12 Okt 2016 İcbari tibbi sığortanın tətbiqinə əngəl olan amillər...

11 Okt 2016 Xaçmaz polisi dünyasını dəyişmiş musavatçının dəfninə müdaxilə edib

10 Okt 2016 Masazırda ər yenicə ana olan arvadını öldürdü, sonra özünü vurdu

10 Okt 2016 "Akkord"un tikdiyi keyfiyyətsiz binalar aksiyaya səbəb oldu

Xəbər lenti